Icma.az
close
up
RU
Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan Mikayıl Mirzəzadə yazır

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan Mikayıl Mirzəzadə yazır

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

7 fevral səhəri... Saat 05:30-da dan yeri təzəcə sökülmüş Akademik Milli Dram Teatrının qarşısına yola qoyuldum. Evdə ikən əlimi-üzümü yuduqda içimdə bir qəhər məni boğdu. Sanki illərlə çiynimə qərq olmuş, ağlıma həkk olunmuş dərdlərim yadıma düşdü. Səbəbi bəziləri üçün qeyri-adi görünəcək, bəlkə. Lakin yaşadığım "parlaq təlatüm" mənə bir ömür boyu dərs olaraq qalacaq. Özümün Zəngilana bağlılığım olmasa da həyəcan məni bürümüşdü. Zira, ilk dəfə işğaldan azad edilmiş torpaqlara, qanı, canı bahasına vuruşaraq geri alınmış müqəddəs ziyarətgahlara qədəmlərimi qoyurdum. İçim ilim-ilim əsirdi. Elə bil həmin torpaqlar 32 il yadelli tapdağı altında qalmayıb. Elə bil minlərlə can bu məskənlərdə sipər olmayıb. Məhz bu doğmalıq mənə ölkəmin hər bir qarış torpağımın əziz və füsunkarlığını bir daha mənə nümayiş etdirdi. 

Mətləbdən çox uzaqlaşmayım... Yol boyunca Salyan, Biləsuvar, nəhayət işğaldan azad edilən, namus, qeyrət abidələri doğma - Füzuli, Cəbrayıl və Zəngilan torpaqlarına ayaq basdıq. Burada məni və 30-dan çox həmkarımı dağlar və ağuşa alınmış meşələr qarşıladı. Norveçə, İsveçrəyə getməyə nə gərək var?! Demək, bizi müşayiət edən minik avtobusu ilə dərə-təpə düz gedərək meşələrin, dağların, eləcə də vəhşi ermənilərin 30 ildən çox qan uddurduğu xalqımın taleyini xatırladım. Axı məqsəd nə olub? Niyə məhz biz Azərbaycanlılara? Xülasə, elə hey düşünürəm və ərşə çəkilirəm. Nəhayət Zəngilanda bizi günəşli hava və qar qarşıladı. Maraqlı bir detalı sizin üçün vurğulayım.

Küləkli Bakıdan çıxanda soyuq qılınc kimi kəsirdi. Külək sanki insanı qaçırtmaqdan ötrü əsirdi. Fəqət Zəngilanda bu havadan əsər-əlamət qalmışdımı? Xeyr. Bu baxımdan elə bu yerlər həm də Uca Tanrının Azərbaycana bəxş etdiyi müqəddəs və möcüzəvi yerlərdir. Qarın və günəşin bədii təzadı əsl kompozisiya simvolu idi. Görənlər bihuş olurdu. Beləliklə, avtobusla iri, ucsuz-bucaqsız Zəngilan torpaqlarını gəzib, Ağalı kəndinə səfər etmək istədik. Amma belə olan halda avtobus palçıqla əhatə olunan selə batdı. Hər vəchlə köməkləşib bu situasiyadan çıxdıq. Bəziləri fikirləşər bəlkə də təşvişə düşdük, öldük-dirildik, amma etibarlı yerdə olduğumuzun fərqindəydik. Beləcə səfərimiz uğurla tamamlanırdı. Həmkarla dedik-güldük, həm də kədərləndik. Nəhayət, bir daha əmin oldum ki, insan əlində olanın dəyərini bilməli və yaşatmalıdır. Necə ki, biz bunu etdik və həmişə etməyə qadir olacağıq.

Görüb agah olub gələcək nəsillərə də bugünkü tarixi və mədəniyyəti çatdırmaq bizim vətənpərvərlik borcumuz və milli öhdəliyimizdir. Məhz bu cür xoş və firavan günləri bizə yaşadan ilk növbədə Ali Baş Komandana, şəhidlərə və qazilərə, eyni zamanda Uca Tanrıya təşəkkürlər!

Mikayıl Mirzəzadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri