Icma.az
close
up
RU
Görinq yəhudiləri xilas edirmiş Ancaq bu, Hitlerin müavini yox, onun kiçik qardaşı olub

Görinq yəhudiləri xilas edirmiş Ancaq bu, Hitlerin müavini yox, onun kiçik qardaşı olub

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Gestaponun yaradıcısı, nasist Almaniyasında üçüncü ən yüksək rütbəli zabit Herman Görinq Hitler, Himmler və bir çox digər yoldaşları ilə birlikdə II dünya müharibəsinin əsas simalarından biri olub. Ancaq az adam bilir ki, Herman Görinqin Albert adlı kiçik bir qardaşı nasist ideyaları ilə qəti razı olmayıb.
Böyük qardaş milyonlarla insana, xüsusən də yəhudilərə qarşı cinayət əməllərini törətdiyi halda, kiçik qardaş həmin yəhudiləri müxtəlif üsullarla gizlədərək xilas edib. Eyni zamanda, hər iki qardaş nadir hallarda olsa da, bir-biri ilə olduqca normal ünsiyyət qurublar və böyük qardaş gəncə karyera qurmağa kömək edib.

Fərqli baxışlar

Albert Görinq, Hermandan fərqli olaraq, heç vaxt siyasətlə məşğul olmağa can atmayıb və bununla bağlı fəallıq da nümayiş etdirməyib. Məşhur alim olmasa da, o, ən çox fizika və mexanika kimi elmləri sevib. I dünya müharibəsindən sonra o, Münhendə texniki universitetə daxil olub və dəqiq elmlər sahəsində biliklərini artırmağa başlayıb. Lakin zaman keçdikcə nasistlər Almaniyada ciddi gücə çevrilərək cəmiyyətdə dominant olublar. Albert onlarla eyni yol gedə bilməyəcəyini anladığı üçün sakitcə Avstriyaya köçüb.

Lakin tezliklə Avstriya faktiki olaraq Almaniyanın bir hissəsi olub. O dövrdə Albert Vyana şəhərində yəhudi Oskar Piltserin rəhbərlik etdiyi kinostudiyada işləyib. Almanların yəhudilərə qarşı nifrəti fonunda Oskar da qısa müddət ərzində həbs edilib. Yalnız Albert böyük qardaşından xahiş etdikdən sonra Piltseri həbsxanadan azad ediblər.

Bu hadisədən sonra Herman Görinq kiçik qardaşına karyerasında irəliləyiş əldə etməsi üçün kömək etməyə başlayıb. Məsələn, almanlar Çexoslovakiyanı işğal edəndə o, Albertin “Skoda” konserninin xarici satış meneceri vəzifəsini tutmasına kömək edib. Hazırda bu şirkət avtomobil istehsalı ilə məşğul olsa da, o zaman Almaniyanın müdafiə sənayesi üçün də fəal işləyib.

Bununla belə, Albert Görinq qəribə şəxsiyyət olub. O, bir tərəfdən nüfuzlu böyük qardaşının dəstəyindən istifadə edərək cəbhəyə kömək edib, digər tərəfdən də zavodda faşizm əleyhinə gizli hərəkat təşkil qurub. Təşkilatın işçiləri cəbhəyə göndərilən məhsulları zədələməklə, təxribat təşkil etməklə, ümumilikdə faşistlərə hər cür ziyan vurmaqla məşğul olublar.

Həmçinin, həm Görinqin, həm də onun rəhbərlik etdiyi təşkilatın əsas vəzifələrindən biri gestapo şübhəsi altına düşən yəhudiləri gizlətmək və onların daha təhlükəsiz ölkələrə qaçmasını təşkil etmək olub. Lakin bütün bunlar uzun müddət gizli qalmayıb və gestapo üzvləri Alberti izləməyə başlayıb. 1944-cü ildə onun təşkilatı ilə bağlı bəzi sübutlar toplanandan sonra o, həbs edilib.

Lakin yenə də böyük qardaşın müdaxiləsi sayəsində Albert azad edilib. Herman qardaşına xəbərdarlıq etsə də, vəziyyət dəyişməyib. O, yəhudiləri xilas edib, böyük qardaşı isə onları minlərlə konsentrasiya düşərgələrinə göndərib.

Müharibənin sonunda cəbhə Berlinə yaxınlaşanda Albert ikinci dəfə həbs olunub. Bu dəfə onu amerikalılar həbs edib. Bütün bu illər ərzində Albertin xilas etdiyi şəxslərin çoxsaylı müraciətlərindən sonra o, sərbəst buraxılıb.

Demək olar ki, Nürnberq məhkəməsindən əvvəl qardaşların görüşməsinə icazə verilməyib. Sonuncu görüşün stenoqramından məlum olub ki, böyük qardaş kiçiyinin etdiyi hər şeyi bilib, lakin onun qarşısını almaq üçün heç bir cəhd etməyib. H.Görinqin peşman olduğu yeganə şey, tribunaldan sonra kiçik qardaşının soyadına görə çox çətin anlar yaşayacağı olub.

İllər onun haqlı olduğunu göstərib. Heç kim Alberti işə götürmək istəməyib, bütün dostları və uzaq qohumları ondan üz döndərib, arvadı isə onu tərk edib. O, tamamilə tək qalıb, dolanışığı çətinləşib. Düzdür, sonradan müharibə zamanı böyük qardaşının həmkarlarından xilas etdiyi həmin yəhudilər onun yanına gəlib. Yəhudilər ona alman tikinti şirkətində tərcüməçi kimi işə düzəlməsinə kömək edib və 1966-cı ildə ömrünün sonuna qədər orada çalışıb.

Nasistlərə qarşı qeyri-adi etiraz

Albert Görinq fürerin əleyhinə nümayişlər təşkil etməsə də, nasistlərə qarşı özünəməxsus şəkildə etiraz edib. Məsələn, bir gün kiçik Görinq küçəni təmizləmək əmri verilən bir qrup yəhudi qadına qoşulub. O, əskini götürüb dizi üstə asfaltı silməyə başlayıb.

Təhlükəsizliyə cavabdeh olan SS zabiti sənədlərini yoxladıqdan sonra panikaya düşüb və Herman Görinqin qardaşının özünü alçaltdığına görə cəzalandırılacağı ilə təhdid edərək təmizliyin dayandırılmasını əmr edib. Albert məşhur “Hayl Hitler!” ifadəsi ilə qarşılananda o, nəzakətlə “Bağışlayın, amma buna əhəmiyyət vermirəm” cavabını verib.

Albert 1944-cü ildə böyük qardaşının dərhal işə qarışması nəticəsində sərbəst buraxıldıqdan sonra Herman qəzəblə ona deyib: “Lazımsız zadəganlığından əl çək. Fürerə təsirim fəlakətli şəkildə azalıb, Himmler onun yanında dayanır, növbəti dəfə səni xilas edə bilməyəcəm”.

Albert bu sözlərə qulaq asmayıb. Rəsmi olaraq, onun indiyə qədər 34 yəhudi alman vətəndaşını ölümdən xilas etdiyi təsdiqlənib. Lakin konsentrasiya düşərgəsi məhbuslarının qaçması da daxil olmaqla, digər halları nəzərə alsaq, xilas edilənlərin sayı daha çoxdur. Hitlerin müavininin qardaşı partizanları, kommunistləri və yəhudiləri xilas edib, onların qaçması üçün öz cibindən pul xərcləyib.

Onu da qeyd edək ki, Nürnberq prosesində “1 nömrəli məhbus” məhz Herman Görinq olub.

İlkin Nəcəf

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri