Görkəmli aktyor blüz janrında albom yayımladı
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Hollivudun əfsanəvi simalarından biri, "Oskar" mükafatlı 89 yaşlı aktyor Morqan Friman gözlənilməz bir addım ataraq blüz janrında albom təqdim edib.
Kulis.az xəbər verir ki, usta aktyor "Morgan Freeman's Symphonic Blues Experience" adlı 12 trekdən ibarət layihənin təşkilatçılığını da öhdəliyinə götürüb.
"Decca Records" studiyasında yazılan albom blüz musiqisinin 100 illik tarixini işıqlandırır.
Layihədə tanınmış musiqiçilər yer alıblar.
Morqan Friman bu musiqi ilə ilk dəfə Missisipi Deltasında, nənəsinin evində tanış olduğunu və bu səslərin onu heç vaxt tərk etmədiyini deyib.
Musiqi layihəsi ilə yanaşı kino fəaliyyətini də davam etdirən aktyor, Taylor Şeridanın müəllifi olduğu və Nikol Kidman, Zoi Saldana kimi ulduzların rol aldığı "Lioness" serialının üçüncü mövsümündə Edvin Mallins obrazı ilə yenidən tamaşaçıların qarşısına çıxıb.
Qeyd edək ki, Missisipidəki "Ground Zero" blüz klubunun ortaqlarından biri olan Friman bundan əvvəl də bəzi məşhur hip-hop albomlarında iştirak etmişdi.
Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyə edildi "Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir “Harri Potter” seriyasından iki yeni kitab təqdim olunacaq
Baxış sayı:68
Bu xəbər 02 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















