Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Görkəmli alim Zeydulla Ağayev anıldı FOTOLAR

Görkəmli alim Zeydulla Ağayev anıldı FOTOLAR

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Martın 4-də Nizami Kino Mərkəzində tanınmış yazıçı, tərcüməçi, jurnalist, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin 80 illiyinə həsr olunmuş anım gecəsi keçirilb. Tədbirdə ədəbiyyat, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri, mərhumun dostları və ailə üzvləri iştirak etmişlər. Tədbirdə Zeydulla Ağayevin həyat və yaradıcılığını əks etdirən videoçarxı nümayiş etdirildi, sonra gecənin moderatoru, yazıçı, jurnalist Aysel Əlizadə qonaqları salamladı, professor Z. Ağayevin Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən bəhs etdi. Anım gecəsində Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin üzvü Məşhur Məmmədov, yazıçı Seyran Səxavət, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, yazıçı Xeyrəddin Qoca, şair Ağacəfər Həsənli, rejissor Ağalar İdrisoğlu, Masallının ağsaqqalı İmran Əbilov, yazıçı Nurəddin Ədiloğlu, yazıçı tərcüməçi Kamran Nəzirli və başqaları çıxış edərək professor Zeydulla Ağayevin zəngin irsini, elmi və ədəbi fəaliyyətini, insan və ziyalı kimi əvəzsiz xidmətlərini vurğuladılar.

Tədbirə xalq şairi, AYB Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə, professor Qorxmaz Quliyev və Kipr Unviresitetinin professoru Cavanşir Şibliyev video bağlantı vasitəsilə qatılaraq Zeydulla Ağayevin elmi-pedaqoji fəaliyyətindən, onun yetirmələrinə verdiyi dəyərdən, ədəbiyyata və tərcümə sənətinə verdiyi töhfələrdən danışdılar. Çıxış edənlər vurğuladılar ki, Zeydulla Ağayev olduqca vətənpərvər şəxs idi və Azərbayan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində səylə çalışmışdır. O, Azərbaycan-ABŞ arasında mədəni əlaqələrin inkişafında da xidmətlər göstərib. Belə ki, Zeydulla Ağayev xarici ədəbiyyatın birbaşa orijinal dildən Azərbaycan dilinə çevrilməsi sahəsində böyük işlər görüb, Azərbaycan oxucularına Qərb ədəbiyyatının ən dəyərli nümunələrini tanıdıb.

Məhz onun peşəkar tərcüməçilik fəaliyyəti nəticəsində Cek London, Teodor Drayzer, A. Konan Doyl, E. Heminquey və digər görkəmli yazıçıların povest və hekayələri Azərbaycan dilində nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Zeydulla müəllim milli ədəbiyyatımız tarixində ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanını birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək bu istiqamətdə ilkə imza atıb. Bundan əlavə, o, iki ölkə arasındakı mədəni əlaqələrdən Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi üçün də səmərəli şəkildə istifadə edirdi. Zeydulla Ağayev erməni militarizminin iç üzünü ifşa edən, tutarlı faktlarla zəngin “Erməni genosidi” kitabının tərcümə olunmasına və keçmiş SSRİ məkanında geniş yayılmasına da rəhbərlik etmişdir. Eyni zamanda amerikalı hakim Samuel A. Uimizin “Ermənistan- terrorçu xristian ölkəsinin gizlinləri” kitabını ana dilimizə tərcümə edib. Hər iki kitab erməni yalanlarını ifşa edən ən mühüm mənbələrdən biri kimi dəyərləndirilir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük rol oynayıb.

 Gecənin sonunda Zeydulla Ağayevin ailəsi adından qızı Ləman Ağayeva çıxış edərək, atasının xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirdi. Tədbir ailə fotosu və qonaqlarla birgə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Mart 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri