Icma.az
close
up
RU
Zeydulla Ağayevin xatirə gecəsi keçirilib FOTOLAR

Zeydulla Ağayevin xatirə gecəsi keçirilib FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Martın 4-də Nizami Kino Mərkəzində tanınmış yazıçı, tərcüməçi, jurnalist, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin 80 illiyinə həsr olunmuş anım gecəsi keçirilb". SİA-nın verdiyi məlumata görə, tədbirdə ədəbiyyat, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.

"Tədbirdə Zeydulla Ağayevin həyat və yaradıcılığını əks etdirən videoçarxı nümayiş etdirildi, sonra gecənin moderatoru, yazıçı, jurnalist Aysel Əlizadə qonaqları salamlayıb, professor Z. Ağayevin Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib.

Anım gecəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Milli Məclisin deputatı Cavanşir Feyziyev, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova, yazıçı Seyran Səxavət, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, professor Akif Abbasov, "AZƏRNƏŞR"in direktoru Əlövsət Ağalarov, professor Telman Cəfərov, Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallının ağsaqqalı İmran Əbilov, yazıçı Nurəddin Ədiloğlu və başqaları çıxış edərək professor Zeydulla Ağayevin zəngin irsini, elmi və ədəbi fəaliyyətini, insan və ziyalı kimi əvəzsiz xidmətlərini vurğulayıblar.

Tədbirə xalq şairi, AYB Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə, professor Qorxmaz Quliyev və Kipr Unviresitetinin professoru Cavanşir Şibliyev video bağlantı vasitəsilə qatılaraq Zeydulla Ağayevin elmi-pedaqoji fəaliyyətindən, onun yetirmələrinə verdiyi dəyərdən, ədəbiyyata və tərcümə sənətinə verdiyi töhfələrdən danışıblar.

Çıxış edənlər vurğulayıblar ki, Zeydulla Ağayev olduqca vətənpərvər şəxs idi və Azərbayan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində səylə çalışmışdır. O, Azərbaycan-ABŞ arasında mədəni əlaqələrin inkişafında da xidmətlər göstərib. Zeydulla Ağayev xarici ədəbiyyatın birbaşa orijinal dildən Azərbaycan dilinə çevrilməsi sahəsində böyük işlər görüb, Azərbaycan oxucularına Qərb ədəbiyyatının ən dəyərli nümunələrini tanıdıb. Məhz onun peşəkar tərcüməçilik fəaliyyəti nəticəsində Cek London, Teodor Drayzer, A.Konan Doyl, E.Heminquey və digər görkəmli yazıçıların povest və hekayələri Azərbaycan dilində nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Zeydulla müəllim milli ədəbiyyatımız tarixində ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanını birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək bu istiqamətdə ilkə imza atıb.

Bundan əlavə, o, iki ölkə arasındakı mədəni əlaqələrdən Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi üçün də səmərəli şəkildə istifadə edirdi. Zeydulla Ağayev erməni militarizminin iç üzünü ifşa edən, tutarlı faktlarla zəngin “Erməni genosidi” kitabının tərcümə olunmasına və keçmiş SSRİ məkanında geniş yayılmasına da rəhbərlik etmişdir.

Eyni zamanda amerikalı hakim Samuel A.Uimizin “Ermənistan- terrorçu xristian ölkəsinin gizlinləri” kitabını ana dilimizə tərcümə edib. Hər iki kitab erməni yalanlarını ifşa edən ən mühüm mənbələrdən biri kimi dəyərləndirilir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük rol oynayıb.

Gecənin sonunda Zeydulla Ağayevin ailəsi adından qızı Ləman Ağayeva çıxış edərək, atasının xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirib. Tədbir ailə fotosu və qonaqlarla birgə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri