Görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan musiqisinin parlaq simalarından biri olan Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki konsertdə Mustafa Aşurovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Tofiq Quliyevin kino musiqiləri, romansları və estrada nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Görüş”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qaynana”, “Telefonçu qız”, “Ögey ana” kimi məşhur filmlərin yaddaqalan musiqiləri konsert proqramına daxil edilib.
Solistlər arasında Ülkər Əliyeva, Nurlana Abdullayeva, Xəyyam Nisanov, Hidayət Əliyev (vokal), Nigar Cəlilova, Səma Həmzəyeva, Günel Hacıyeva, Nərgiz Kərimova, Elmira Rəhimova, (soprano), Cəlal Kərimov (bariton), Nihad Orucov, Fərid Əliyev, Atəş Qarayev (tenor), Rəvanə Qurbanova (xanəndə), eyni zamanda, Fəhmin Əhmədli (piano), Rəvan Mustafazadə (tar) və Seymur Həsənsoy (qarmon) instrumental ifaları ilə proqramı zənginləşdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















