Görkəmli bəstəkarların xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert proqramı təqdim olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 dekabr, AZƏRTAC
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən görkəmli bəstəkarlar Tofiq Quliyev və Emin Sabitoğlunun xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat katibi Şahanə Müşfiq məlumat verib.
Konsertdən əvvəl ADMİU-nun rektoru, professor Ceyran Mahmudova hər iki bəstəkarın dostluq münasibətlərindən söz açıb, aralarındakı yaş fərqinə baxmayaraq, Tofiq Quliyev və Emin Sabitoğlunun çox yaxşı dost olduqlarını deyib. Daha sonra rektor hər iki bəstəkarın yaradıcılıqları haqqında danışıb, onların Azərbaycan musiqi tarixindəki əvəzsiz yerindən bəhs edib.
Hüseynağa Aslanovun aparıcılığı ilə keçən konsertdə Estrada sənəti kafedrasının məzun və tələbələri - Əli Muradov, Mütəllim Mütəllimov, Valeriya Hüseynzadə, Selcan Rəfili, Fatimə İbrahimli, Bəxtiyar Quliyev, Mərdan Kazımov, Kənan Qasımzadə, Elmira Atapour, Aleksandra Makarova, Abdulsalam Şabanlı, Aidə Kərimova və başqaları görkəmli bəstəkarların ölməz əsərlərini ifa ediblər.
Sonda konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayeva çıxış edərək Tofiq Quliyev və Emin Sabitoğlu əsərlərinin əbədiyaşarlığından danışıb, konsertin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 23 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















