Icma.az
close
up
RU
Görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarı ziyarət edildi FOTOLAR

Görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarı ziyarət edildi FOTOLAR

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İctimaiyyət nümayəndələri, ziyalılar, ictimai xadimlər görkəmli dövlət xadimi İlyas Vəkilovun məzarını ziyarət ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Calalova məlumat verib. O, bildirib ki, ADPU-nin prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə dövlət xadimi İlyas Vəkilovun 120 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət Kanalında “ Şərəfli ziyalı ömrü yaşayan İlyas Vəkilov” adlı verliş hazırlanıb. Eyni zamanda bu tədbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə İlyas Vəkilovun məzarı ziyarət edilib.

Anım tədbirində çıxış edən ADPU-nun prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) icmasının rəhbəri, professor Mahirə Hüseynova deyib: “Bütöv Azərbaycanın dəyərli bir parçası olan, Qərbi Azərbaycana qayıdış hərəkatı, müxtəlif platformalarda gerçəkləşir. Bu mənada yurd yerlərimizdən Azərbaycana bəxş edilmiş ziyalıların, dövlət xadimlərinin təbliği, tədqiq olunması ehtiramla yad edilməsi çox önəmlidir. Bu gün işığına toplaşdığımız, dövlət xadimi, parlaq ziyalı, vətən təəssübkeşi İlyas Vəkilovda belə şəxsiyyətlərdəndir. Bizi yurd yerlərimizə bağlayan həm də bu cür ziyalılardır. İlyas Vəkilovun 120 illik yubileyi çərçivəsində reallaşan anım tədbiri gənc nəsil üçün bir örnəkdir. Keçmişinə hörmət etməyən xalqın gələcəyi olmaz deyiblər. Bu tarixi yaddaş, bizi Qərbi Azərbaycana qaytaracaq”.

Professor Mahirə Hüseynova babası el ağsaqqalı İbrahim Mirzəli oğlu ilə İlyas Vəkilovun yaxın münasibətlərindən də danışdı.

Sonra İlyas Vəkilovun tədqiqatçısı ehtiyatda olan polkovnik Kamil Dərələyəzli (Məmmədov) çıxış edərək dövlət xadiminin həyat və yaradıcılığından, Azərbaycan xalqının mariflənməsindəki tövhələrindən danışdı.

Sonda Vəkilovlar ailəsi adından hüquqşünas Səməd Vəkilov mərasim iştirakçılarına təşəkkür etdi.

Qeyd edək ki, 120 illik yubileyi qeyd edilən İlyas Sultan bəy oğlu Vəkilov 20 mart 1905-ci ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. 1923-cü ildə Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi alıb (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləyib (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləyib (1931–1935), ixtisasını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirib(1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olub(1938–1949). İlyas Vəkilov bu idarəyə rəhbərlik edərkən onun şəxsi zəmanəti ilə Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, ümummilli lider Heydər Əliyev bu quruma işə qəbul edilib. Ümummilli Lider Heydər Əliyev ona daimi ehtiramla yanaşıb.

İlyas Vəkilov otuz il Bakı Şəhər Soveti plan komissiyasının sədri vəzifəsində işləyib(1949–1978).

İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilib.












Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri