Icma.az
close
up
RU
Menu

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

Qədim Mesopotamiya mətbəxinin sirləri: 4 min illik yemək reseptlərinin şifrələri açıldı

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə yazılıb. Tanınmış ziyalı nəslinin layiqli davamçısı, zəngin mənəviyyata sahib, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, bütün intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli şəxsiyyət dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamışdır. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir.

Bu gün böyük alimin anadan olmasının 102 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəsin yaddaşında o, Azərbaycan ziyalı qadınının ən gözəl simalarından bir olaraq həkk olunub. Zərifə xanım Əliyevanın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi böyük xüsusiyyətlər cəmləşmişdir. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım Əliyeva, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənmiş, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazmışdır. Görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyevanın həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbidir. Zərifə xanım gözəl tədqiqatçı, Ulu Öndər Heydər Əliyevin ömür yoldaşı, sadiq dost, övladlarına qayğıkeş ana və nənə, eləcə də əsl insanlıq nümunəsi kimi ismi xüsusi vurğulanır. Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

ZƏNGİN ÖMRƏ SALINAN ŞTRİXLƏR

1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım xalqına ləyaqətlə xidmət edən parlaq simaya çevrilib. Öz parlaq istedadını zəhməti ilə vəhdətdə ortaya qoyan Zərifə xanım elm, ədalət, səxavət, səbr, ismət kimi keyfiyyətləri əməli fəaliyyətində və özündə birləşdirib. Zərifə xanımın zəngin və şaxəli həyat yoluna nəzər saldıqda bu həyat yolunda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqətdən yayınmır. Bir ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarları və zəkası ilə qaranlıq dünyalara şəfa verdi. Qəlb dünyasının işığı tez bir zamanda Onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı. Sonralar bunun coğrafi məkanı daha da genişləndi.

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda, ona qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə Əliyevanın bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.

1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Eyni zamanda, O, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində iş apararkən, çox vaxt, bilavasitə sənaye müəssisələrində olaraq, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilir.

AVERBAX ADINA MÜKAFATA LAYİQ GÖRÜLƏN İLK QADIN

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edir. Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilir. Elmi tədqiqatların nəticəsi olaraq, Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən, "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail olur. "Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü görür. Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Zərifə xanımın, sözün əsl mənasında, böyük həkim olduğunu bildirmişdi: "O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".

1977-ci ildə onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Dünya şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər tədbir Azərbaycan elminin gələcəyi, onun inkişafı naminə ən tanınmış elmi mərkəzlərlə birgə tədqiqatların aparılması, peşəkar kadrların hazırlanması üçün böyük imkanlar yaratdı.

TƏBABƏTDƏ DƏST-XƏTTİ OLAN NOVATOR ALİM

Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Zərifə Əliyevanın Azərbaycan EA-nın akademiki seçilməsi Onun böyük xidmətlərinin, çoxillik səmərəli elmi tədqiqat işinin etirafıdır.

Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: "Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm". Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: "Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir".

"HƏKİM XEYİRXAH İNSAN OLMALIDIR"

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, peşəkarlığını yüksək qiymətləndirmişdilər. Belə ki, Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: "Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!"

Zərifə xanımın gördüyü bütün işlərdə insan amili dayanırdı. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Çünki O, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır".

AZƏRBAYCAN QADINLARINA ÖRNƏK

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ANA olmasından irəli gəlirdi.

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara gözlü anam,

Hara getsəm gözün mənə baxar.

Ana qəlbin layla olar gəzər,

Doğma səsin ömrü-günü bəzər.

Zərifə xanım Əliyeva işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Ümumiyyətlə, Zərifə xanımın həyatı Azərbaycan qadınları üçün bir məktəbdir. Elə bir məktəbdir ki, uzun illər boyu öyrəniləcəkdir. Unudulmaz və əziz xatirəsinin yad etdikcə bu parlaq Şəxsiyyətin elmimizə, səhiyyəmizə, milli və mənəvi varlığımıza bəxş etdiyi dəyərləri təkrarən dərk edirik.

"ZƏRİFƏ XANIM KİMİ HƏYAT YOLDAŞIM OLDUĞUNA VƏ O, AİLƏMDƏ ÇOX YÜKSƏK MƏNƏVİ MÜHİT YARATDIĞINA GÖRƏ MƏN XOŞBƏXT OLMUŞAM"

Zərifə xanımın ömür-gün yoldaşı dünya şöhrətli Şəxsiyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: "Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli, namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir". Həqiqətən də Azərbaycan qadınları dünyada yaxşı nə varsa ona layiqdir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib"

Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir Ana idi. İşinin çox olmasına baxmayaraq, Zərifə xanımın gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim yaşayır və yaşayacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see152

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see149

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see149

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see140

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see136

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see130

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see127

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see127

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see127

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see126

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see125

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see123

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see121

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

24 Aprel 2025 11:16see120

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

23 Aprel 2025 20:23see118

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see117

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

24 Aprel 2025 03:03see115

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

24 Aprel 2025 06:33see111

Qədim Mesopotamiya mətbəxinin sirləri: 4 min illik yemək reseptlərinin şifrələri açıldı

24 Aprel 2025 08:21see110

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

24 Aprel 2025 18:14see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri