Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Bakıda və bölgələrdə işıq sönəcək

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

Görkəmli yazıçı və tərcüməçi

Görkəmli yazıçı və tərcüməçi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mikayıl Rzaquluzadə – 120

Ədəbi təxəllüsü ötən əsrin 30-cu illərində “Mim-Re”, “M.R.”, “R.Mikayıl” olmuş şair, tərcüməçi, pedaqoq Mikayıl Rzaquluzadə ömrünün sonunadək ədəbiyyata, şeiriyyətə sadiq qalmış qələm sahiblərindən biri kimi tanınır.

Azərbaycan uşaq ədəbiyyatının qızıl imzası sayılan Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci il martın 17-də Bakıda anadan olub. Ali Pedaqoji İnstitutun tarix fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1923-cü ildə “Abdulla Şaiq” kitabçasında çıxan “Müəllim” şeiri ilə başlayıb. Hələ 20 yaşında ikən “Maarif işçisi” jurnalında “Çocuq ədəbiyyatında üsul məsələsi” adlı ilk məqaləsi ədəbi kuluarlarda geniş təqdir qazanıb. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq, bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutub. Onun “Qaranquş yuvası”, “Ağ dana”, “El gücü”, “Qu gölü” kimi 20-dən çox kitabı uşaq və gənclərin sevərək mütaliə etdiyi əsərlərdir.

Balacalar üçün qələmə aldığı mənzum nağıllar da tərbiyəvi əhəmiyyətinə, poetik ruhuna, axıcılığına görə daim dəyərləndirilib. Məsələn, “Ovçu Elişlə qoçaq Aytəkin nağılları” olduqca həyati və inandırıcıdır.

Uzun-uzun yollarda,
Yoldaşı var nağılın.
Hər dildə dildaşı var,
Hər yerdə bacısı var,
Qardaşı var nağılın…

Şairin böyüklər üçün yazdığı bədii nümunələr də onu əsl söz rəssamı kimi təqdim edir:

Gümüş Aydan könüllərə nur axar kimi,
Dəniz inlər, qəlbində bir dərdi var kimi.
Ayın sərin işığında par-par parlayan
Sədəf qumlar ağappaqdır, təzə qar kimi...

Mikayıl Rzaquluzadə təkcə gözəl şair, nasir, publisist deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan yazıçıların əsərlərini dilimizə çevirən söz ustadı kimi şöhrət qazanıb. Oldricin “Amerika məktəblilərinin xatirələri”, Kiplinqin “Mauqli”, Mayakovskinin “Seçilmiş şeirləri və poemaları”, Biankinin “Biz çoxuq”, Dümanın “Üç müşketor”, Qorkinin “Uşaqlıq”, Tolstoyun “Dirilmə”, Rodarinin “Çippolino” və s. əsərləri Azərbaycan dilinə tərcümə edib. Nizami Gəncəvinin “İsgəndərnamə. İqbalnamə” əsərinin tərcümə nəşri də Mikayıl Rzaquluzadəyə məxsusdur. Ümumiyyətlə, onun tərcüməsində 60 kitab işıq üzü görüb.

Mikayıl Rzaquluzadə 20 idən çox böyük alman şairi Henrix Heynenin şeirlərinin tərcüməsi ilə məşgul olub. Ədib şairin yaradıcılığının xüsusiyyətlərini saxlamaq, şeirin formasını olduğu kimi qorumaq prinsipini əsas götürüb. O, yazırdı: “Tərcüməçilikdə əsas yol müəllifin mühitinə getmək, onun tənəffüs etdiyi hava ilə nəfəs almaq, düşündüyü kimi duymağa çalışmaq və zövqünü əks etdirmək yoludur...”

Bəli, o, ədəbiyyat tariximizdə həm şair, həm nasir, həm də tərcüməçi kimi tanınıb. Əli qələm tutan gündən ömrünün sonunadək yorulmaq bilmədən çalışıb, uşaqların ürəyində xeyirə rəğbət və məhəbbət, şərə nifrət oyatmağa nail olmaq istəyib. “Ən dadlı meyvə”, “Ağ göyərçin”, “Düymə”, “Qiş gəlir”, “Yeni il nəğməsi”, “Döyüşən sərçələr”, “Ağ dana”, “Balaca balıqçıların nəğməsi” və s. şeirləri bu gün də uşaq bağçalarında, məktəblərin aşağı siniflərində ədəbi-bədii tədbirlərdə həvəslə səslənməkdədir.

Uşaq poeziyasının ağsaqqalı haqqında qələm dostlarının və ardıcıllarının ürək sözləri maraqlıdır.

“Mikayıl Rzaquluzadə məhsuldar yazıçıdır. Çünki onun ilham mənbəyi tükənməzdir. Kiçik nəslin böyük işləri, qaynar həyatı ona hər dəfə yeni ilham, yeni qüvvət və yeni həvəs verir” (Qılman Musayev).

“Mikayıl Rzaquluzadə tərcüməçiliyi həm ideya-məzmun, həm də bədiilik baxımından məsuliyyətli və şərəfli yaradıcılıq işi hesab edib” (Savalan Fərəcov).

“Mikayıl Rzaquluzadənin xeyli ədəbi-tənqidi məqalələri vardır. Özü də maraqlıdır ki, bu məqalələrin də əksəriyyətində uşaq ədəbiyyatı, onun yaradıcılıq problemləri ön plana gətirilmişdir” (Rafiq Yusifoğlu).

Haqq, həqiqət, Vətən eşqi, el məhəbbəti
Nəsillərdən nəsillərə bir şüar olsun!..
Bu eşq ilə alovlanan ellər sənəti
Nəsillərdən nəsillərə yadigar olsun!..

Şair bu kimi duyğu və düşüncələrini daha geniş şəkildə poemalarında qələmə alıb. Onun ideya-bədii dəyərini itirməyən bir çox poemaları var ki, bunlardan “Qaranquş yuvası”, “Zər yazılı mərmər kitab”, “Məktəbə gedir Tokay”, “Bakının axşamları”, “Yaz yuxusu”, “Sirli saz” və s. misal göstərmək olar.

İmzası imzalar içində parlayan, yazdıqları təravətini, aktuallığını itirməyən Mikayıl Rzaquluzadənin adı ədəbiyyatımızı zənginləşdirənlərin sırasında bu gün də inamla çəkilir.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see265

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see263

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see246

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see238

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see233

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see230

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see229

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see228

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see226

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see223

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see206

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see205

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see204

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see203

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see198

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see197

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see188

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see175

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see169

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri