Icma.az
close
up
RU
Görkəmli yazıçı Altay Məmmədov Gəncədə yad edilib

Görkəmli yazıçı Altay Məmmədov Gəncədə yad edilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Gəncə Dövlət Milli Dram Teatrnda dramaturq, nasir, ədəbiyyatşünas və tərcüməçi, Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun (1930 – 2003) anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

525.az xəbər verir ki, tədbirdə Gəncənin ziyalı mühitinin nümayəndələri iştirak ediblər.
Ədəbi-bədii gecənin aparıcısı Gəncə Dövlət Milli Dram Teatrının ədəbi - hissə müdiri, teatrşünas - tənqidçi Anar Bürcəliyev görkəmli yazıçının həyatı və yaradıcılığının xüsusiyyətləri haqda danışıb.

O, qeyd edib ki, Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edə bilmişdir.

Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, birliyin Gəncə filialının rəhbəri,  filologiya elmləri namizədi, dosent Altay Məmmədov həm də ədəbiyyatşünaslığa dair bir sıra elmi monoqrafiyaların müəllifidir, çalışdığı Gəncə Dövlət Pedaqoji institunda neçə-neçə gənc müxəxəssislərin yetişməsində əməyi olub.

Azərbaycan teatrının janr rəngarəngliyində öz izi olan Altay Məmmədovun “Həmyerlilər”, "Kişilər", "Bəraət", "Yadındamı",  "Ulduzlar görüşəndə", "Dəli Domrul", "Üçatılan" və digər səhnə əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Onun dram əsərləri həmçinin  Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və Iranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərində çap edilib.

Onlarla kitabın müəllifi Altay Məmmədov ədəbi tərcümə ilə də məşğul olub, Əbdüqəhhar Ibrahimovun "Ilk busə", Otar Ioselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.

Xatirə gecəsində Gəncə ədəbi və elmi mühirinin təmsilçiləri, yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Xəzangül Hüseynova, filoloq-alim, dosent Nəzmiyə Axundova çıxışlarında Altay Məmmədovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatındakı yerindən söhbət açıblar.

Yazıçının oğlu Eldar Məmmədov bu yaddaqalan görüş üçün ailə üzvləri adından təşkilatçılara minnətdarlıq bildirib. 
Tədbirin gedişində yazıçının səhnə əsərlərindən videofraqmentlər göstərilib. Gəncənin musiqi kollektivlərinin ifaları görüşə rəngarənglik qatıb.    

Zakir Muradov, 

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri