Icma.az
close
up
RU
Görmə məhdudiyyətli gənc İtaliyada vokal bacarıqlarını təkmilləşdirib

Görmə məhdudiyyətli gənc İtaliyada vokal bacarıqlarını təkmilləşdirib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Heydər Əliyev Fondu daha bir əlilliyi olan gəncimizin yaradıcı potensialının inkişafına dəstək göstərib.

XQ xəbər verir ki, layihəsi çərçivəsində istedadlı müğənni, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) gözdən əlilliyi olan Səməd Novruzov bu il avqust ayının sonundan noyabrın əvvəlinədək İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi olan Səməd Novruzov səs imkanları və vokal texnikası ilə Akademiyanın pedaqoji heyətinin diqqətini cəlb edib.

Bu təhsil ocağının tarixində ilk dəfə olaraq ifaçı İtaliyanın tarixi memarlıq binası - Santo Stefano al Ponte Muzeyində iki dəfə konsert proqramı ilə çıxış edib.

O, İtaliyanın tanınmış opera müğənnisi Kiarra Panacci ilə eyni səhnəni paylaşaraq, solo və duet şəklində italyan bəstəkarlarının əsərlərindən klassik ariyaları səsləndirib. Akademiyanın digər tələbələri ilə birlikdə hesabat konsertində də yüksək peşəkarlıq və istedad nümayiş etdirib.

Uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən Səməd Novruzov  hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsidir. O, 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc ifaçıların IV Respublika müsabiqəsinin qalibi olub

Həmçinin ötən dövrdə bir sıra respublika və beynəlxalq yarışlarda, müsabiqələrdə dəfələrlə uğurla çıxış edərək, laureat adını qazanıb. COP29 çərçivəsində Yaşıl Zonanın “İncəsənət pavilyonu”nda “İnklüzivlik Günü” ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim edilən tədbirin bədii hissəsində də öz çıxışı ilə fərqlənib.

Səməd Novruzov 2024-cü ildən Mərkəzdə təlimçi vəzifəsində çalışır və Mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri