Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
“Science Corporation” şirkəti irsi göz xəstəliyi olan Ştarqardt xəstəliyindən əziyyət çəkən ilk pasiyentə görmə qabiliyyətinin bərpasına yönəlmiş implant yerləşdirildiyini açıqlayıb.
Lent.az xəbər verir ki, “PRIMA” texnologiyasına əsaslanan sistem görmə qabiliyyətini itirmiş insanlara ətrafdakı obyektləri yenidən görməyə kömək etmək məqsədi daşıyır.
Texnologiya gözün torlu qişasının zədələnmiş fotoreseptor hüceyrələrinin funksiyasını qismən əvəz etmək üçün nəzərdə tutulub.
Sistem xüsusi mikroçip və xarici görüntü emalı qurğusundan istifadə edir. Kamera vasitəsilə əldə edilən görüntülər emal olunur və implantın köməyi ilə vizual siqnallara çevrilir.
Bu yanaşma pasiyentlərə, ilk növbədə, formaları və obyektləri ayırd etmək kimi görmə funksiyalarını bərpa etmək imkanı verə bilər.
Texnologiya hələ klinik sınaq mərhələsindədir. Onun təhlükəsizliyi və effektivliyi əlavə müşahidələr əsasında qiymətləndiriləcək. Tədqiqatçılar bu üsulun gələcəkdə torlu qişanın bəzi irsi xəstəlikləri nəticəsində görmə qabiliyyətini itirən insanlara kömək edə biləcəyinə ümid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Oktyabr 2026 04:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















