Icma.az
close
up
RU
Görməni yaxşılaşdıran unikal tərəvəz RASİONUNUZDA MÜTLƏQ OLSUN

Görməni yaxşılaşdıran unikal tərəvəz RASİONUNUZDA MÜTLƏQ OLSUN

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bolqar bibəri çox universal bir məhsuldur. Onu özü-özlüyünə qəbul etmək, müxtəlif yemək və salatlara əlavə etmək, turşuya qoymaq və ya bəzək kimi istifadə etmək olar.

Sağlamolun.az bolqar bibərinin faydalı xüsusiyyətlərindən bəhs edir.

Görmə qabiliyyətinin yaxşılaşdırılması

Bir çoxları yerkökünün gözlər üçün faydalı olduğunu bilir. Lakin, bibər də görmə qabiliyyətinin qoruyub saxlamağa kömək edir. ABŞ-ın Milli Göz İnstitutunun məlumatlarına görə, onun tərkibində, gözlərin sağlamlığı üçün həlledici əhəmiyyətə malik olan beta-karotin, lutein və zeaksantin karotinoid birləşmələri, həmçinin C vitamini vardı.

2019-cu ildə Proceedings of the Third International Tropical Agricultural Conference jurnalında dərc olunan Avstraliya tədqiqatı, sarı bolqar bibərində ən yüksək zeaksantin səviyyəsinin və eyni zamanda böyük miqdarda luteinin olduğunu göstərib.

Çəkinin azalması

Şirin bibərin başqa bir xüsusiyyəti, rəng seçimindən asılı olmayaraq, onun az kalorili olmasıdır - orta hesabla 1 bibərdə 31 kalori var. Əksər tərəvəzlər kimi, o, su və qida liflərindən ibarətdir. Bolqar bibəri kimi aşağı kalorili qidaların qəbul edilməsi - çəkinin azalması üçün sübut olunmuş strategiyadır.

Pensilvaniya Universitetinin qidalanma üzrə professoru Doktor Barbara Rolls, bibər kimi az kalorili qidaların qəbul edilməsinin bir yemək qəbulunda kalorilərin miqdarını azaltmağa imkan verdiyini qeyd edir. Tədqiqat iştirakçılarının 25 faizi gündə 800 kalori daha az qəbul edirdilər və aclıq hiss etmirdilər.

Sağlam oynaqlar

Bəzi insanlar artrit simptomlarının pisləşməsi qorxusu səbəbindən pomidor, badımcan və bibərdən istifadə etməkdən çəkinirlər, lakin, Klivlend klinikasının revmatoloqlarının sözlərinə görə, bu mifi təsdiq edən hər hansı bir elmi dəlil yoxdur.

Əksinə, bibər çox miqdarda C vitamini sayəsində qığırdaqları və sümükləri qoruyur. Yarım fincan qırmızı bibər, qadınlar və kişilər üçün müvafiq olaraq C vitamininin tövsiyə edilən 75 və 90 milliqramın gündəlik dozasını təmin edir.

Saglamolun.Az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 10 Noyabr 2024 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri