Icma.az
close
up
RU
Görməni zəiflədən 5 vərdiş

Görməni zəiflədən 5 vərdiş

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nəqliyyatda oxumaq, işıqsız qaranlıqda serial izləmək, axşam rahatlamaq üçün bir-iki badə içmək və hər saat təmiz hava əvəzinə siqaret çəkmək. Bir də tez dopamin üçün kremli pirojnoe və mədəni sevindirmək üçün qızardılmış kartof–kolbasa.

Tribunainfo.az bildirir ki, bütün bunların gözlərə necə zərər vura biləcəyini “Noviy Zir” şəbəkəsinin oftalmoloqu, ali kateqoriyalı həkim və oftalmocərrah Ruslan Kazbekoviç Tambiyev izah edir.

Gündəlik həyatda görmə sistemimizi çox yüklədiyimizi tez-tez düşünmürük. Göz müxtəlif şəraitə yaxşı uyğunlaşır, amma hər gün özümüzə “icazə verdiyimiz” zərərli vərdişlər onun resurslarını tədricən tükəndirir. Bu, qısa müddətli yorğunluqla özünü göstərə və ya mövcud göz xəstəliklərinin pisləşməsinə təkan verə bilər. Xüsusilə refraksiya pozuntuları, torlu qişa patologiyaları və damar zədələnməsi üçün risk faktorları olanlar diqqətli olmalıdır.

Ekspert görməyə zərər vuran 5 ən yayılmış vərdişi sadalayır:

1. Yaxın məsafədən oxumaq

Şəfəqdə, zəif işıqda və ya balaca smartfon ekranında kiçik şrifti oxuyanda mətni bilmədən üzümüzə yaxınlaşdırırıq. Üstəlik, bu vəziyyətdə uzun müddət oturub gözlər üçün təhlükəsiz sayılan məsafəni xeyli aşırıq.

“Mesafə çox yaxın olduqda akkomodasiyanı (fokuslanma qabiliyyəti) tənzimləyən siliyiar əzələ maksimum gərginlik yaşayır. Bu vəziyyət uzun çəkəndə əzələ həddindən artıq yüklənir və yorğunluq, bulanıqlıq, baş ağrısı, yanma, bəzən də sulanma yaranır. Bunlar akkomodasiya spazmı və ya astenopiyanın əlamətləridir”, – deyə həkim izah edir.

Uşaqlar və yeniyetmələrdə bu davranış yalancı yaxıngörənliyə səbəb ola bilər. Görmə rejimi düzəldilməsə, bu, həqiqi miopiyaya çevrilir. Böyüklərdə mexanizm fərqli olsa da, nəticə eynidir: göz resursunun sərhədində işləyir, bu da həyat keyfiyyətini aşağı salır və mövcud refraksiya problemlərini gücləndirir.

Ekspert məsləhət görür: kitab və telefonu 30–40 sm məsafədə, noutbuku 60 sm məsafədə saxlayın. Axşam və ya işıq kəsiləndə mütləq əlavə işıq yandırın — işıq çatmayanda göz bəbəyi genişlənir və ekrana daha da yaxın əyilirsiniz.

“Xahiş edirəm: nəqliyyatda sosial şəbəkə lentinə baxmayın. Hərəkət etdiyinizə görə gözlər qeyri-sabit görüntüyə fokuslanmaq üçün daha çox çalışır və bu da tez yorulmaya gətirib çıxarır. Daha yaxşısı musiqi, podkast və ya audio kitab dinləyin”, – deyə həkim əlavə edir.

2. Daimi şəkildə gadjetlərdə olmaq

Müasir ekranlar birbaşa görməni korlamasa da, yorğunluq, quru göz və diqqətin azalması ilə bağlı narahatlığa səbəb olur. Zərər ekranın özündən yox, bizim davranışımızdan yaranır:
– daha az göz qırpırıq,
– uzun müddət yaxın məsafədə bir nöqtəyə baxırıq,
– bədəndən çox enerji alan statik və qeyri-təbii pozada otururuq.

Göz quruyur, siliyar əzələ gərginləşir, boyun-çiyin nahiyəsinin sıxılması səbəbindən torlu qişa kifayət qədər oksigen almır.

Gadjet asılılığı olan uşaqlar demək olar ki, çölə çıxmır. Bu isə miopiyanın formalaşmasında xüsusi rol oynayır.

“Hər zaman valideynlərə deyirəm: uşaq günlərlə evdə telefonla oturur və gündə azı 2 saat çöldə gəzmirsə, torlu qişa yetərincə ultrabənövşəyi işıq almır. Nəticədə melatonin və dopamin kifayət qədər ifraz olunmur, bu isə miopiyanın inkişafına səbəb olan göz almasının böyüməsini sürətləndirir”, – deyə oftalmoloq bildirir.

Böyüklərdə təsir bir qədər zəif olsa da, uzunmüddətli statik iş akkomodasiya spazmı, gərginlik tipli baş ağrısı və quru göz sindromuna səbəb olur.

Ekspert məsləhət görür: fasilələr edin, hərəkət edin, çöldə gəzin, daha çox su için və quru göz olduqda süni göz yaşı tökün.

3. Siqaret çəkmək

Həkimin sözlərinə görə, siqaret çəkənlərdə görmə itkisi riski əhəmiyyətli dərəcədə yüksəkdir. Tütün tüstüsündəki toksinlər:
– kataraktanı sürətləndirir,
– makulanı zədələyir,
– yaşa bağlı makulyar degenerasiyanı ağırlaşdırır.

Bu xəstəlik üçün torlu qişanın qanla normal təchizatı həyati əhəmiyyət daşıyır, lakin nikotin və qatran bunu hüceyrə səviyyəsində pozur.

Büllur siqaretə görə şəffaflığını və elastikliyini itirir və siqaret çəkməyənlərlə müqayisədə daha sürətlə “qocalır”.

Ekspert məsləhət görür: katarakta əlamətləri varsa, mütləq müayinədən keçin — əks halda görməni itirmək mümkündür. Əsas tövsiyə isə: siqareti tərgidin.

4. Alkoqol
Alkoqol təkcə qaraciyərə deyil, gözlərə də ziyan vurur. Zərər iki yolla yaranır:
– damar tonusunu dəyişdirir,
– orqanizmi susuzlaşdırır.

Bunun nəticəsində torlu qişanın qan dövranı pisləşir, toxumalar az oksigen alır və göz əzələləri gərgin işləməyə məcbur olur, bu da görmənin tədricən pisləşməsinə gətirib çıxarır.

Diabetik və hipertonik retinopatiyası olanlarda vəziyyət daha risklidir — görmə itkisi yarana bilər.

“Spirtli içkilərin müntəzəm qəbulu göz quruluğuna səbəb olur, çünki göz yaşı qatı sabit qala bilmir. Güclü spirtli içkilərin böyük dozası isə görmə sinirinin toksik zədələnməsinə — kəskin görmə itkisinə gətirib çıxara bilər”, – deyə həkim xəbərdar edir.

Ekspert məsləhət görür:  Surroqat və metil spirti ilə zəhərlənmə  tam korluğa gətirib çıxara bilər. Ən yaxşısı alkoqolsuz içkilərə üstünlük verməkdir.

5. Yanlış qidalanma
Hər gün fastrud yemək, stressi şirniyyatla “boğmaq”, kolbasa, sosiskalar və digər yarımfabrikatlarla qidalanmaq çox vaxt qiymətləndirilməyən zərərlər yaradır.

Tərkibində çoxlu trans yağlar, şəkər və duz olan qidalar maddələr mübadiləsini pozur, qlükozanın səviyyəsini artırır və piylənmə ilə II tip diabetə zəmin hazırlayır.

Məhz diabetik retinopatiya böyüklərdə görmə itkisi səbəbləri arasında ön sıralardadır. Yüksək şəkər torlu qişa damarlarını zədələyir: damarlar şişir, maye buraxır və ya tam bağlanır.

Artıq duz, stress və siqaret arterial təzyiqi artırır və hipertonik retinopatiyaya gətirib çıxarır — bu da göz dibində geri dönüşü olmayan dəyişikliklər yarada bilər.

Ekspert məsləhət görür: gözlər üçün faydalı məhsullar yeyin — omega-3, antioksidantlar, lutein, zeaksantin və yağda həll olan vitaminlərlə zəngin qidalar. Bunlar xəstəlikləri müalicə etmir, amma göz toxumalarının metabolizmini dəstəkləyir və ciddi zədələnmələrin qarşısını alır.

İmran Kərimli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri