Icma.az
close
up
RU
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?

Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göyə baxanda pambıq şirniyyatı kimi yüngül və uçucu görünən buludlar əslində düşündüyümüzdən xeyli fərqli quruluşa malikdir. Müasir elmi araşdırmalar buludların inanılmaz dərəcədə böyük çəkiyə çatdığını və başımızın üzərində tonlarla kütlənin süzüldüyünü göstərir.

Qaynarinfo xəbər verir ki, bir buludun çəkisini müəyyən edən iki əsas amil var: ölçüsü və onu təşkil edən maddə. Bir çox insan buludların tamamilə sudan ibarət olduğunu düşünür, lakin reallıq bir qədər fərqlidir. Mütəxəssislərin sözlərinə görə, buludların böyük hissəsi havadan ibarətdir. 

Əslində, tipik bir cumulus buludunda suyun havaya nisbəti təxminən dörd milyonda bir olaraq qalır. Yəni nəhəng bir boşluq içində asılı qalan çox kiçik su damcılarından söhbət gedir. Təbii ki, bu nisbət buludun növünə görə dəyişə bilər. Aşağı səviyyədə üzən pofuduk kümülüs buludlarından tutmuş göy üzünü boz örtük kimi bürüyən stratus buludlarına qədər hər növün özünəməxsus tarazlığı var.

Göydə süzən milyonlarla tonluq yük

Bu məlumatlar əsasında hesablamalar aparıldıqda maraqlı nəticələr ortaya çıxır. Məsələn, standart bir cumulus buludunu götürsək, onun təxminən bir kilometr enində və bir kilometr hündürlüyündə olduğunu düşünə bilərik. Bu həcmi nəhəng bir kub kimi təsəvvür etsək, içindəki suyun çəkisi təxminən 250 ton edir. Bu isə göydə təxminən iki yarım mavi balinanın çəkisinə bərabər su kütləsinin süzüldüyü deməkdir.

Buludu təşkil edən havanı da hesaba qatsaq, rəqəmlər daha da böyüyür. Aşağı səviyyələrdəki hava suyun özündən minlərlə dəfə ağır kütlə yaradır. Bir kub kilometr həcmində olan belə bir cumulus buludunun içindəki hava təxminən bir milyon ton çəkir. Bu nəhəng hava kütləsi ilə müqayisədə suyun çəkisi, sanki dolu vannaya atılmış kiçik bir konfet qədər təsirsiz görünür. Buludların havada qalmasının sirri də məhz bundadır: xırda su damcıları, özlərindən qat-qat ağır olan bu böyük hava kütləsinin içində asılı vəziyyətdə qalır.

Fırtına buludlarının nəhəng kütləsi

Fırtına buludlarına baxdıqda isə çəkilər daha da heyrətamiz olur. Buludların "kralı” sayılan cumulusimbus buludları daha çox su saxlayır və ölçüləri 15 kilometrə qədər çata bilər. Bu nəhəng buludların içində təxminən 22 milyon ton su olur. Bu miqdar təxminən 3,5 Xeops piramidasının çəkisinə bərabərdir. Göy üzünü tam örtən nimbostratus buludları isə geniş sahəyə yayıldığı üçün təxminən 10 milyon ton su daşıyır.

Qısacası, başımızın üzərində yüngül və yumşaq görünən mənzərə əslində təbiətin nəhəng bir kütləni havada tarazlıqda saxlamaq bacarığının təsirli nümunəsidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Mart 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri