Icma.az
close
up
RU
Azərbaycan minatəmizləmə sahəsinə mühüm əhəmiyyət verir ŞƏRH EDİLDİ

Azərbaycan minatəmizləmə sahəsinə mühüm əhəmiyyət verir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İşğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı qalıqlardan təmizləmə prosesi bu gün də fasiləsiz şəkildə davam etdirilir. İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının tapşırığına əsasən, Müdafiə Nazirliyinin tabeliyində əlavə mühəndis-istehkam bölmələri formalaşdırılmışdır. Bununla paralel olaraq, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin mütəxəssis qrupları və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mina təmizləmə bölmələri də prosesə cəlb olunmuşdur". Bu sözləri SİA- ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, erməni silahlı birləşmələri tərəfindən geniş miqyasda ərazilərin minalanması, sözügedən fəaliyyətin nə qədər mürəkkəb, vaxt və resurs tələb edən bir proses olduğunu bir daha təsdiqləyir: "Xüsusilə qeyd olunmalıdır ki, mina və partlayıcı sursatlardan təmizləmə fəaliyyəti əsasən Azərbaycan dövləti tərəfindən öz maliyyə imkanları və texniki resursları hesabına həyata keçirilir.

Bu kontekstdə, beynəlxalq təşkilatların məsələyə yanaşmasında selektiv və ikili standartlara əsaslanan münasibət müşahidə olunur. Bugünə qədər mina təmizləmə prosesi üzrə Azərbaycan Respublikasına göstərilən beynəlxalq dəstək kifayət qədər məhduddur və əsasən simvolik xarakter daşıyır. Buna baxmayaraq, Azərbaycan dövləti bütün resurslarını səfərbər edərək, işğaldan azad edilmiş ərazilərin bərpası və təhlükəsiz şəkildə istifadəyə verilməsi istiqamətində ciddi nəticələr əldə etmişdir".

Ekspert qeyd edib ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyət daşıyan sahələrin mina və partlayıcı qurğulardan təmizlənməsi prioritet istiqamət kimi müəyyən edilmişdir: "Bu sahələrə əsasən avtomobil yolları, ictimai obyektlərin inşası üçün nəzərdə tutulmuş ərazilər, mühüm infrastruktur obyektlərinin yerləşəcəyi sahələr və kommunikasiyaların keçəcəyi marşrutlar daxildir. Təhlükəsizlik və yenidənqurma prosesinin fasiləsiz davam etdirilməsi baxımından, məhz bu ərazilərin ilkin mərhələdə təmizlənməsi zəruri və obyektiv xarakter daşıyır.

Hazırda Azərbaycan Respublikası mina və partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində texnoloji imkanlarını genişləndirməkdə davam edir. Bu çərçivədə, müasir texnikanın, o cümlədən uzaqdan idarə olunan və yüksək dəqiqliyə malik mina təmizləmə avadanlıqlarının ölkəyə gətirilməsi və əməliyyatlara cəlb olunması diqqətəlayiqdir. Xüsusilə Türkiyə Respublikasından əldə edilmiş texnika vasitələrinin tətbiqi əməliyyatların təhlükəsizlik səviyyəsini və effektivliyini əhəmiyyətli dərəcədə artırmışdır.

Bununla yanaşı, mina təmizləmə işlərini yerinə yetirən şəxsi heyətin sayının artırılması, onların mütəmadi olaraq ixtisasartırma və praktiki təlim toplanışlarına cəlb olunması da aparılan fəaliyyətin əsas komponentlərindəndir. Bu tədbirlər mina təmizləmə heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və onların əməliyyat şəraitində düzgün qərar qəbul etmə bacarığının inkişaf etdirilməsinə xidmət edir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası işğaldan azad edilmiş ərazilərdə minaların və partlayıcı qurğuların aşkarlanması istiqamətində innovativ texnologiyaların tətbiqi sahəsində mühüm addımlar atmışdır. Bu kontekstdə, Böyük Britaniyaya məxsus şirkət tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarının (PUA) ölkəyə gətirilməsi və əməliyyatlarda istifadəyə verilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən PUA-lar vasitəsilə mina təhlükəsi olan ərazilər üzərində yüksək dəqiqliklə müşahidə aparılır, toplanan məlumatlar rəqəmsal xəritələşdirmə sistemlərinə inteqrasiya olunaraq ərazilərin struktur analizi həyata keçirilir. Süni intellekt texnologiyası əsaslı analiz nəticəsində, basdırılmış partlayıcı qurğuların mümkün yerləşmə nöqtələri, onların növləri və əhatə dairəsi yüksək dəqiqliklə müəyyən edilir. Bu isə həm əməliyyatların planlaşdırılmasında, həm də mina təmizləmə qruplarının təhlükəsiz şəkildə istiqamətləndirilməsində mühüm rol oynayır.

Bu texnologiyanın tətbiqi, ərazinin relyefi və potensial risk faktorları nəzərə alınmaqla, müvafiq sahələrin öncədən xəritələşdirilməsini və resursların daha səmərəli şəkildə yönəldilməsini təmin edir. Beləliklə, müasir dron texnologiyaları və süni intellektin sintezi əsasında yaradılan bu sistemlər mina və partlayıcı qalıqların aşkarlanması sahəsində həm operativlik, həm də təhlükəsizlik baxımından ciddi üstünlüklər təmin edir" - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri