Icma.az
close
up
RU
Görüş yeri dəyişməzdir: Bakının qlobal sülhyaratma missiyası bir daha təsdiqləndi

Görüş yeri dəyişməzdir: Bakının qlobal sülhyaratma missiyası bir daha təsdiqləndi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dəməşq ilə Təl-Əviv növbəti dəfə masa arxasında...

Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Ölkəmizin timsalında “sülhün analoqu yoxdur” tezisi özünün əsl mahiyyətinə qovuşur. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, Bakı bütün anlaşmazlıqların, hətta tarixi düşmənçiliyin belə danışıqlar, ikitərəfli formata malik təmaslar vasitəsilə həllinin mümkünlüyünü faktoloji şəkildə ortaya qoyur. Konfrantasiyaların dialoqla, düşmənçiliyin uzlaşma ilə, fikir ayrılığının milli maraqlar çərçivəsində əməkdaşlıqla əvəzlənməsi Azərbaycan təcrübəsində olduqca vacib məqam kimi ortaya qoyulur. Bu kimi perspektivə, sabitliyə və sosial rifaha əsaslanan cəmiyyətin qurulmasına hədəflənən siyasi xətt birmənalı şəkildə dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur.

Bakının xüsusilə Yaxın və Orta Şərq regionundakı konfrantasiyaların həlli prosesində nümayiş etdirdiyi uğurlu vasitəçilik missiyası bütün dünya tərəfindən təqdir olunur. Azərbaycan bu missiyanı yerinə yetirərkən ədalətin və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edir -səmimi sülhün yaranması üçün vasitəçi rolda olan dövlət və ya təşkilatların prosesə aydın, birtərəfli olmayan, ümumi mənaeyə əsaslanan yanaşması mütləqdir. Azərbaycanın Yaxın Şərqə münasibətdə tutduğu mövqe də məhz bu parametrlərə əsaslanır. Azərbaycan İsrail -Suriya münasibətlərində yeni mərhələnin başlanması, prosesin dialoq müstəvisndə inkişaf üçün vacib bir fəaliyyət ortaya qoymaqdadır.

Növbəti görüş...

Qeyd edək ki, xarici KİV-lər İsrail ilə Suriya arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı anons yayıb. Düzdür, görüşün keçirilmə tarixi ilə bağlı dəqiqlik ifadə edilməsə də, masa arxasında ənənəvi stabilləşmə məsələsinin müzakirə olunacağı bildirilir. “Sky News Arabia” mənbələrə istinadən sentyabrın 18-də Bakıda iki ölkə arasında görüşün baş tutacağını bildirib. Qeyd olunub ki, danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.

Bu görüşün gələn həftənin cümə axşamı baştutma ehtimalı da irəli sürülür - ABŞ-ın “Axios” nəşri xəbər verib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib. Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.

İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sülh sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi. Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi 3 zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur. Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə çıxmağı təklif edib. Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.

Suriya tərəfi də təhlükəsizlik razılaşması əldə etmək və iki dövlət arasında sərhəddə gərginliyi azaltmaq üçün İsraillə danışıqlar apardığını təsdiqləyiıb. Bu barədə sentyabrın 13-də “The Jerusalem Post” qəzeti Suriya Ərəb Respublikasının (SAR) prezidenti Əhməd əl-Şaraanın bəyanatına istinadən məlumat yayıb. Bundan əvvəl məlumat verilmişdi ki, Dəməşq İsraildən 1967-ci ildə işğal etdiyi Qolan təpələrinin bir hissəsini geri qaytarmağı tələb etməyəcək, lakin İsrail rəhbərliyindən Suriyanın yeni hakimiyyət orqanlarını tanımasını tələb edəcək.

Suriya liderinin sözlərinə görə, Dəməşq Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin süqutundan sonra İsrailin işğal etdiyi SAR-ın cənubundakı ərazidən İsrail Müdafiə Qüvvələrinin (IDF) çıxarılması ilə bağlı danışıqlar aparır. Suriya lideri qeyd edib ki, ölkəsi regionun heç bir dövləti ilə münaqişəyə can atmır. Bundan əlavə, qəzet ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı admiral Bred Kuperlə Suriya prezidenti Əhməd əl-Şara arasında sentyabrın 12-də Dəməşqdəki prezident sarayında baş tutan görüş haqqında da yazıb.

Ətrafımızda sülhün olmasını istəyirik

Azərbaycan Yaxın və Orta Şərqdə sülhyaratma missiyası kimi ağır və məsuliyyətli bir vəzifəni üzərinə götürərək uğurlu bir şəkildə icra edir. Diqqətdən qaçırmaq olmaz ki, Bakı regionun mühüm sülhyaratma mərkəzi kimi bir çox konfrantasiyaların həlli prosesinin “masa arxasında” həllində vacib rol oynayıb, beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu sübuta yetirib. İndiyə kimi ölkəmiz dəfələrlə bu tipli görüşlərə ev sahibliyi edib.

O ki qaldı, İsrail-Suriya məsələsinə, Bakının bu konfliktin həllinə verəcəyi töhfə böyük ola bilər - o baxımdan ki, Azərbaycan hər iki ölkə ilə müsbət və dinamik əlaqələrə malikdir. Bir müddət öncə Prezident  İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu: “Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək”.

Azərbaycan bu gün beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu növbəti dəfə sübuta yetirir. Bu fikri Suriya-İsrail arasında təmasların formalaşmasına verilən töhfəyə də şamil etmək olar - Bakıda İsrail və Suriya nazirlərinin görüşü təsadüf sayıla bilməz. Bakının isə bu kimi məsələlərdə ortaya qoyduğu mövqe alqışlanasıdır - Azərbaycan İsrail və Suriya arasında dialoq qurulmasına vasitəçilik etməklə iki ölkə arasında gərginliyin aradan qaldırılmasına töhfə verməyə çalışır. İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biridir. Bakının Dəməşq ilə ikitərəfli əlaqələrinə gəldikdə isə, bu münasibətlər 2024-cü ilin 8 dekabrında baş verən hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə qədəm qoyub.

Nəticə etibarı ilə, Azərbaycan Qlobal Cənubun fonunda Yaxın Şərqdə böyük iqtisadi-siyasi rola malikdir. İsrail-Suriya münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımlar Bakının Yaxın Şərq geostrateji regionu ilə əlaqələrinin inkişafında vacib bir səhifədir.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri