Nazirlikdə Dünya Bankının missiyası ilə görüş olub
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının icraya nəzarət missiyası ilə görüş olub.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə son illər aparılan sosial islahatların nailiyyətləri, icra edilən aktiv məşğulluq proqramları barədə məlumat verib.
O, ötən dövrdə nazirliklə Dünya Bankının uğurlu əməkdaşlığını, icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
Mühüm sosial-iqtisadi önəm kəsb özünüməşğulluq proqramının ən yaxşı təcrübələr əsasında genişləndirilməsində Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin mühüm dəstək olduğu vurğulanıb.
Qeyd olunub ki, layihəyə ilkin mərhələdə 22 min benefisiarın cəlb edilməsi nəzərdə tutulsa da, icra prosesinin uğurlu nəticəsi kimi, bundan daha çox olmaqla, 26 mindən çox şəxs bu layihə ilə əhatə olunub.
Növbəti mərhələdə 30 min benefisiarın bu layihədən faydalanması, layihə çərçivəsində zəruri avadanlıqlarla təmin olunaraq kiçik ailə bzienslərini yaratmaları hədəflənir. Məqsəd daha çox insanın əmək bazarına çıxışını təmin etmək, onların bacarıqlarını və iqtisadi imkanlarını artırmaqdır.
Dünya Bankının sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova və baş iqtisadçı Efsan Nas Özen layihənin icrası ilə bağlı fikirlərini qeyd ediblər. Görüşdə Layihənin komponentləri üzrə görülən işlər və hədəflər müzakirə edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 04 İyun 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















