Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Umar Nurməhəmmədov Əbu-Dabidəki insidentdən və həbsdən azad olunmasından sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib.
İdman.Biz xəbər verir ki, o, məşq görüntülərini yayımlayaraq bu sözləri yazıb:
“Hər bir insanın həyat yolunda çətinliklər olur. Bizi yalnız onların öhdəsindən necə gəlməyimiz müəyyən edir”.
30 yaşlı döyüşçü paylaşımında Əbu-Dabidə baş verən hadisəyə və Merab Dvalişvili ilə yaşanan insidentə toxunmayıb. O, sadəcə həyatın çətinlikləri ilə mübarizədən bəhs edən fikirlərini bölüşüb.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə RAF turniri ərəfəsində Merab Dvalişvili ilə Nurməhəmmədov qardaşları və onların komanda yoldaşları arasında kütləvi dava baş verib. Hadisədən sonra saxlanılan şəxslərə ilkin olaraq altı ay həbs cəzası və 300 min dirhəm cərimə təyin edilib.
Noyabrın 17-də tərəflərin barışması və qarşılıqlı şikayətlərini geri götürməsi ilə əlaqədar Əbu-Dabi məhkəməsi cəzanı dəyişdirib. Həbs müddəti hər bir şəxs üçün 150 min dirhəm (təxminən 69 435 manat) cərimə ilə əvəz olunub və saxlanılanlar azadlığa buraxılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















