Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Göy öskürək hallarında kəskin artım: Mütəxəssislərdən ÇAĞIRIŞ

Göy öskürək hallarında kəskin artım: Mütəxəssislərdən ÇAĞIRIŞ

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-də göy öskürək (tibb dilində pertussis) hallarında narahatedici artım qeydə alınıb. 2025-ci ilin ilk dörd ayında 8 min 485 yoluxma aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bunun səbəbləri sırasında peyvənd şübhəsini və azalan immunizasiya xidmətlərini göstərirlər.

Bakterial tənəffüs yolu infeksiyası olan göy öskürək xüsusilə körpələr və azyaşlı uşaqlar üçün həyati təhlükə yaradır. Güclü öskürək tutmaları ilə özünü büruzə verən xəstəlik tənəffüs dayanması, sətəlcəm və qıcolma kimi ağır fəsadlara səbəb ola bilər.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 5 yaşdan kiçik uşaqlarda təxminən 24 milyon göy öskürək halı və 160 mindən çox ölüm baş verir.

2020-2022-ci illərdə pandemiya səbəbindən tətbiq edilən qapanmalar, maska istifadəsi və sosial məsafə qaydaları göy öskürək hallarını xeyli azaltmışdı. Lakin son iki ildə vəziyyət dəyişib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, 2024-cü ildə 35 mindən çox göy öskürək halı qeydə alınıb. Bu, pandemiyadan əvvəl – 2019-cu ildəki göstəricinin demək olar ki, iki dəfə çoxudur.

2024-cü ilin oktyabrından 2025-ci ilin aprel ayına qədər ABŞ-da iki körpə, bir uşaq və bir böyüklə göy öskürək səbəbindən həyatını itirib.

Peyvəndləmə göstəricilərində azalma narahatlıq doğurur

Göy öskürək 1914-cü ildən bəri təhlükəsiz və təsirli peyvənd vasitəsilə qarşısı alına bilən xəstəlikdir. Lakin ABŞ-da məktəbəqədər yaşlı uşaqlarda peyvəndlənmə faizi 2019-2020-ci illərdə 95% olduğu halda, 2023-2024-cü illərdə bu göstərici 92%-ə enib. Yeniyetmələrdə xatırlatma dozu alanların nisbəti isə daha aşağıdır.

Mütəxəssislərin sözlərinə görə, 1990-cı illərdə tam hüceyrəli peyvənddən daha az yan təsiri olan, lakin qısa müddət qoruma təmin edən hüceyrəsiz peyvəndə keçid immunitet müddətinin azalmasına səbəb olub. Tam hüceyrəli peyvənd 10-12 il qoruma təmin etdiyi halda, hüceyrəsiz peyvənddə bu müddət 3-5 ildir.

Göy öskürək peyvənd olunmamış şəxslərdə 80%-ə qədər yoluxma riski yaradır. Xüsusilə 6 həftəlikdən kiçik körpələr peyvənd oluna bilmədiyi üçün ən riskli qrupda yer alır. Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə vurulan peyvənd anadan körpəyə immunitet keçməsini təmin edir və onu doğuşdan qorumağa kömək edir.

CDC uşaqlara 2, 4, 6, 15 aylıq və 4 yaşında olmaqla ümumilikdə 5 doz peyvənd vurulmasını tövsiyə edir. Yeniyetmələrə 11-12 yaşlarında bir xatırlatma dozu, böyüklərə isə ən az bir əlavə doza tövsiyə olunur. 65 yaşdan yuxarı şəxslər, körpələrlə təmasda olanlar, valideynlər və baxıcılar da xatırlatma dozalarını vurulmalıdır.

Peyvənd təhlükəsiz və təsirlidir

Peyvəndin təhlükəsizliyi 80 ildən artıq aparılan araşdırmalarla təsdiqlənib. Peyvənddən sonra yüngül hərarət, qızartı və şişkinlik kimi yan təsirlər müşahidə oluna bilər, lakin ciddi yan təsirlərin faizi 1%-dən aşağıdır.

Bütün dozalarını tamamlayan uşaqların 98%-i ilk il ərzində göy öskürəkdən qorunur. Beş il sonra bu nisbət 65%-ə düşsə də, yeniyetməlik və hamiləlik dövründəki xatırlatma dozaları xəstəxanaya yerləşdirilmə hallarını 90%-ə qədər azaldır.

Səhiyyə mütəxəssisləri peyvənd cədvəlinə əməl etməyin və vaxtında xatırlatma dozalarını vurulmağın həm fərdi, həm də ictimai sağlamlıq üçün böyük əhəmiyyət daşıdığını vurğulayırlar.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri