Göyçayda güclü yanğın: yardımçı tikili kül oldu
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1948-ci il təvəllüdlü Manafov Tofiq Ağaibrahim oğluna məxsus ümumi sahəsi 200 kv. metr olan tikili və içərisində olan xeyli sayda plastik yeşiklər yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Hazırda fakt araşdırılır.

Göyçayda güclü yanğın oldu FOTO
12 May 2025 00:33
Göyçayda güclü yanğın başlayıb.
12 Oktyabr 2025 21:55
Göyçayda güclü yanğın olub FOTO
03 Oktyabr 2025 19:14
Göyçayda güclü yanğın BAŞ VERDİ FOTO
03 Sentyabr 2025 00:04
Göyçayda yeşik sexində güclü yanğın olub
03 Sentyabr 2025 01:36

