Icma.az
close
up
RU
Göyçayda nar və xurma ixracatçıları ilə görüş keçirilib

Göyçayda nar və xurma ixracatçıları ilə görüş keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 sentyabr, AZƏRTAC

Payız mövsümündə bitkiçilik məhsullarının ixracına hazırlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Göyçay rayonunda nar və xurma ixracatçıları ilə görüş təşkil edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ixrac əməliyyatlarının düzgün təşkili, proseslərin səmərəliliyinin artırılması və idxalçı ölkələrin fitosanitar və texniki tələblərinə, xüsusilə də Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara uyğunluğun təmin olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə bitkiçilik məhsullarının düzgün etiketlənməsi, qablaşdırılması, taxta materiallardan istifadə edilərkən zərərli orqanizmlərlə sirayətlənmənin qarşısının alınması, eləcə də məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinin ixrac üçün uyğun vəziyyətdə saxlanılması ilə bağlı ətraflı məlumat və tövsiyələr təqdim olunub.

Tədbir çərçivəsində agentlik əməkdaşları tərəfindən nar bağlarına, onların çeşidlənməsi sahələrinə, eləcə də məhsulun saxlanması üçün nəzərdə tutulan soyuducu kameralara baxış keçirilib. Baxış zamanı bitkilərin xəstəlik və zərərvericilərdən qorunması üçün zəruri aqrotexniki qulluq tədbirləri, məhsulun keyfiyyətinin qorunması məqsədilə müvafiq qablaşdırma və saxlanılma qaydaları barədə sahibkarlara praktiki tövsiyələr verilib. Eyni zamanda, ixraca hazırlanan məhsulların təhlükəsizlik göstəricilərinin laboratoriya sınaqları ilə yoxlanılması məqsədilə bitkiçilik məhsullarından nümunələr götürülüb və müvafiq qaydada sınaqlara yönləndirilib.

Görüşün əsas məqsədi ixrac proseslərinin beynəlxalq norma və tələblərə uyğun şəkildə təşkili, eləcə də bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi sahəsində sahibkarlarla birgə əməkdaşlığın gücləndirilməsi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri