Icma.az
close
up
RU
Göydəniz Qəhrəmanov tarixi hadisə ilə bağlı paylaşım etdi

Göydəniz Qəhrəmanov tarixi hadisə ilə bağlı paylaşım etdi

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məcisin deputatı Göydəniz Qəhrəmanov iyulun 29-da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədən 32 il keçməsi bağlı paylaşım edib.

Sfera.az xəbər verir ki, millət vəkili bu barədə özünün "Facebook" sosial şəbəkəsində yazıb.

G.Əhromanov bildirib ki, bu qətnamə Azərbaycanın Ağdam rayonunun və işğal altında olan digər ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirdi:

“Təəssüf ki, həmin sənəd və ona bənzər digər qətnamələr illərlə kağız üzərində qaldı - beynəlxalq təşkilatlar bu qərarların icrasını təmin etmək üçün ciddi və real addımlar atmadılar. Bu laqeyd münasibət nəticəsində, uzun illər boyu beynəlxalq hüququn kobud şəkildə pozulmasına, yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşdü.

Amma tarix bir daha sübut etdi ki, ədalət yalnız güclü iradə, milli həmrəylik və mübarizə ilə təmin olunur. Azərbaycan xalqı illərlə səbirlə ədalətin bərpasını gözlədi, amma heç vaxt haqqından imtina etmədi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Azərbaycan Ordusunun igidliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində 44 günlük Vətən müharibəsi qazanıldı. Bu tarixi Qələbə nəticəsində yalnız torpaqlarımız işğaldan azad edilmədi, həm də BMT qətnamələrinin kağız üzərində qalmış tələbləri Azərbaycan xalqının öz gücü ilə icra olundu”.

Onun sözlərinə görə, bu gün Ağdamın, Qarabağın və Şərqi Zəngəzurun azad olması, Azərbaycan bayrağının bu müqəddəs torpaqlarda qürurla dalğalanması, işğal illərində xarabalığa çevrilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət alması bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt haqqından və ədalət tələbindən geri çəkilməyib:

“Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz gücü ilə tarixi ədaləti bərpa etdi və bu ədalət əbədi olacaq. Artıq işğaldan azad olunmuş torpaqlarda həyat bərpa olunur, məktəblər, xəstəxanalar, yollar, hava limanları tikilir. Bir zamanlar yurdlarından didərgin düşmüş soydaşlarımız bu ərazilərə qayıtmağa başlayır. Bu proses Azərbaycanın iradə və gücünün parlaq sübutudur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 İyul 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri