“Göyərçin” parkında mopedlə “şou” göstərən yeniyetmə təhlükə və narazılıq yaratdı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son vaxtlar qayda pozan moped və motosiklet sürücülərinin sayı artıb və onların arasında azyaşlı və yeniyetmələr üstünlük təşkil edir. Xüsusilə onlar qoruyucu dəbilqədən istifadə etmirlər və yolda təhlükəli manevrlər edərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Təsadüfi deyil ki, baş vermiş ağır yol qəzalarının bir qismi moped və motosikletlərin payına düşür.
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində mopedlə qayda pozan yeniyetmə görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə avqustun 26-da səhər saatlarında “Göyərçin” parkında qeydə alınıb. Kadrdan göründüyü kimi, parka mopedlə daxil olan yeniyetmə “şou” göstərib. Belə ki, o, hərəkətdə olarkən nəqliyyat vasitəsinin önünü qaldırıb və özüylə yanaşı mopeddə olan sərnişini də təhlükəyə atıb. Digər bir şəxs isə bu vaxt onları videoya çəkib.
Hadisənin şahidi olan izləyici daha sonra sürücüyə yaxınlaşaraq mopedi parkda sürdüyü və təhlükəli manevrlər etdiyi üçün ona iradını bildirib. Şikayətçinin sözlərinə görə, 17 yaşlı yeniyetmə mopedin ona məxsusluğunu və nəqliyyat vasitəsinin sənədlərinin də mövcudluğunu bildirib. Ardınca o, çəkiliş üçün parka gəldiklərini və qısa müddətdə ərazini tərk edəcəklərini əlavə edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 27 Avqust 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















