Buzlu yolda maşını fırladıb “şou” göstərən gənc sürücü təhlükə yaratdı VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kobud qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-DS-863 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü buzlu yolda təhlükəli manevrlər edib. Belə ki, o, maşını əks istiqamətə fırladaraq “şou” göstərib. Bu zaman sürücü özüylə yanaşı maşında olan sərnişinləri də təhlükəyə atıb. Həmçinin yol kənarında park edilmiş nəqliyyat vasitələriylə toqquşma təhlükəsi yaranıb. Digər kadrda isə o, günün qaranlıq saatlarında maşının işıqlarını söndürərək hərəkət edib.
Qeyd edək ki, əlverişsiz hava şəraitində törədilən xətalar qəza riskini daha da artırır. Yolun sürüşkən olması sərt manevr zamanı ağır qəzalara gətirib çıxarır. Təəssüf ki, bəzi sürücülər, xüsusilə gənc nəslin nümayəndələri bunu bilərək “performans”larından geri qalmırlar. Əksinə buzlu yolda avtoxuliqanlığa meyilli hərəkətlər edərək özlərini “peşəkar” və qorxusuz sürücü kimi göstərməyə can atırlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















