Göygöl İcra Hakimiyyətinin binasında 13 min manatlıq cari təmir
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
0:00 / 0:00x1
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etGöygöl Rayon İcra Hakimiyyəti “TECS-BAM” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işlərinin aparılması nəzərdə tutulur.
Təmir işlərinə görə şirkətə 13 793,61 manat ödəniləcək.
Bu məbləğə aşağıdakı işlər görüləcək:
- Yararsız divar kağızlarının sökülməsi;
- Tavanda yararsız suvaq və boya qatının qaşınaraq təmizlənməsi;
- Yararsız işıqlandırma lampalarının sökülməsi;
- Divar və tavandakı xırda çatların alçı ilə üzlənməsi və hamarlanması;
- Tavanın suemulsiya boya ilə yaxşılaşdırılmış rənglənməsi;
- Divarlara yüksək keyfiyyətli, yuyulan divar kağızlarının çəkilməsi;
- Pəncərə yamaclarının suemulsiya boya ilə rənglənməsi;
- 60×60 sm ölçülü yeni tavan işıqlandırma lampalarının quraşdırılması;
- İnşaat tullantılarının əl ilə avtomobilə yüklənməsi və 5 km məsafəyə daşınması.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “TECS-BAM” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 12-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qurbanov Rauf Maarif oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında əlavə məlumatlara rast gəlinmir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur. O, 2019-cu ildən bu vəzifədə çalışır. Vüqar Novruzov Göygöldən əvvəl Naftalan şəhərinin icra başçısı vəzifəsində işləyib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 17 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















