Icma.az
close
up
RU
Göygöl rayonunda örüş sahələri qanunsuz zəbt olunur? İDDİA

Göygöl rayonunda örüş sahələri qanunsuz zəbt olunur? İDDİA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moderator.az-ın redaksiyasına Göygöl rayonunun Mollacəlilli kənd sakini Əliyev Babək Ramiz oğlu tərəfindən rəsmi müraciət daxil olub.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Yaşadığım ərazidə heyvanlar üçün nəzərdə tutulan örüş yerləri kəndin bəzi sakinləri tərəfindən arpa, buğda və xüsusilə çoxillik yonca əkilərək qanunsuz, özbaşına və heç bir hüquqi sənəd olmadan, ticarət məqsədilə zəbt edilmişdir. Dövlətin kəndli üçün ayırdığı xüsusi təyinatlı örüş və otlaq sahələrindən digər heyvanı olanlar istifadə edə bilmir.

Mövcud vəziyyətlə bağlı Göygöl Bələdiyyəsinin sədri Mənsimov Oktay Aslan oğluna yaranmış özbaşınalığa son qoyulması üçün bu ilin, yəni 2026-cı ilin aprel ayında bir neçə dəfə müraciət etdim. Çoxsaylı tələblərimdən sonra bələdiyyə sədrinin müavini Araz Abbasov və Mollacəlilli kəndi üzrə icra nümayəndəsi Qabil Məmmədovun birgə iştirakı ilə əraziyə baxış keçirildi və örüş sahəsinin qanunsuz zəbt olunması rəsmən rəsmilər tərəfindən təsdiq olundu.

Bu günə qədər tam beş ay müddət keçib, ancaq Göygöl Bələdiyyəsi bu günə qədər heç bir ciddi, real və hüquqi tədbir görməyibdir. Dəfələrlə problemin aqibəti barədə soruşanda, Oktay Mənsimov tamamilə gülünc, heç bir anlayışa və məntiqə sığmayan uydurma bəhanələr gətirir, açıq-aşkar problemin həllini yubadır.
Mövsüm başa çatdığı üçün zəbt olunmuş arpa və buğda sahələri vaxt etibarilə artıq yoxdur. Ancaq örüş sahəsinin böyük hissəsini zəbt edən yonca sahələri, xüsusilə hasarlanmış ərazilər vəziyyəti daha da dözülməz edir.

Acınacaqlısı budur ki, Oktay Mənsimov bütün bu qanunsuzluğu bilə-bilə səssiz qalır və heç bir tədbir görmür, yaxud da görmək istəmir. Oktay Mənsimovun beş aydır ki, faktlar qarşısında susması, hökm sürən özbaşınalığın və qanunsuzluğun qarşısını almaması, cavabdeh olduğu halda məsuliyyətsizliyi, bu günə qədər heç bir ciddi cəza tədbiri görməməsi hansısa gizli sövdələşmənin olmasına əsaslı şübhələr yaradır.

Bundan əlavə, Oktay Mənsimovun vəzifə səlahiyyətlərinin şəxsiləşdirilməsi, xüsusilə vəzifə öhdəliyindən yayınması, səhlənkarlığı və laqeydliyi ucbatından əhalinin böyük hissəsini dövlətdən narazı salıb. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12, 13 və 15-ci maddələrinin, habelə “Torpaq islahatı haqqında” Qanunun rəsmi və mütləq tələblərinə əsasən, ümumi istifadədə olan örüş və otlaq sahələrinin özəlləşdirilməsi, satılması, şəxsi mülkiyyətə verilməsi, habelə onların şumlanaraq əkin sahəsinə çevrilməsi qanunla qəti qadağandır!

Örüş və otlaq sahələrinin şumlanaraq əkilməsi dövlətə və qanuna qarşı açıq təxribat və hüquqi cinayətdir! Bu torpaqlar heç bir şərtlə heç kimin şəxsi mülkiyyəti, qazanc mənbəyi və ya şəxsi təsərrüfatı ola bilməz! Dövlət və bələdiyyə mülkiyyətində olan bu torpaqlar toxunulmazdır və xalqın ümumi istifadəsindədir.

Örüş sahəsini satan, zəbt edən və ya orada qanunsuz əkin işləri aparan şəxslərin əməlləri sadəcə qayda pozuntusu deyil!. Dövlətin və xalqın mülkiyyətini qorumaqla mükəlləf olan bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin örüş sahələrinin talan edilməsinə, şumlanmasına və satılmasına göz yumması, bu cinayətə birbaşa şəriklik və xalqın malına təcavüzdür!

Qanunun qoruduğu torpaqları dövlətin vəzifəli şəxsi qanunla qorumursa, eyni zamanda vəzifəli şəxsin belə bir rəzalətə səssiz qalması və ya gizli sövdələşmələrlə şərait yaratması sadə bir səhlənkarlıq deyil, birbaşa ağır vəzifə cinayətidir!

Bütün bunları nəzərə alaraq, mövzunun ictimailəşdirilməsini xahiş edirəm.

İmza: Əliyev Babək Ramiz oğlu".

Məsələ ilə bağlı adıçəkilən qurumla əlaqə saxlamağa çalışdıq. Lakin müraciətimiz cavabsız qaldı.


Qeyd: Yazıda səsləndirilən iddia və ittihamlar vətəndaşın müraciətinə əsaslanır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri