Icma.az
close
up
RU
Göygöl rayonunda tədbir keçirilib

Göygöl rayonunda tədbir keçirilib

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Sentyabrın 1-də Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında “Prezident İlham Əliyevin Mərkəzi Asiya siyasəti: Ölkəmizin artan nüfuzu və yeni strateji imkanlar” mövzusu üzrə tədbir keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin müavini Zamir Hüseynov bildirib ki, ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır: “Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması və Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici rolunun güclənməsi yeni regional reallıqlar yaradır, bu proses ölkəmizin Avrasiyanın dəyişən geosiyasi xəritəsində mövqeyinin də getdikcə möhkəmləndiyini göstərir”. Onun sözlərinə görə, bu baxımdan, möhtərəm Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır.

Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov çıxışında qeyd edib ki, Azərbaycan–Qırğızıstan münasibətləri son illərdə xüsusi dinamika qazanıb, habelə dövlət başçıları arasında qarşılıqlı etimad və siyasi dialoqun intensivləşməsi əlaqələrin məzmununu əhəmiyyətli dərəcədə genişləndirib: “Əslində, Bakı–Bişkek münasibətlərinin inkişafını yalnız iki ölkə arasındakı əlaqələr kontekstində qiymətləndirmək də doğru olmazdı. Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni nəqliyyat və iqtisadi bağlantılar bu münasibətlərə daha geniş regional məna qazandırır. Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl xarici siyasət kursu nəticəsində Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəldib. Dövlətimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mövqelərinin möhkəmlənməsinə təkcə siyasi deyil, nəqliyyat, enerji, investisiya və ticarət sahələrində region ölkələri ilə mühüm tərəfdaşlıq münasibətləri də öz töhfəsini verir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun və regional çəkisinin artmasının göstəricisidir”.

Ərazi partiya təşkilatının üzvü Gündüz Cəlilov çıxış edərək bildirib ki, Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas istiqamətlərdən biri nəqliyyat-logistika imkanlarının genişləndirilməsidir: “Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan bu marşrutun Azərbaycan Respublikasının ərazisindən keçməsi ölkəmizin tranzit əhəmiyyətini artırmaqla yanaşı, region dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Dəniz Limanı və digər müasir nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki rolunu daha da gücləndirir. Eyni zamanda, Xəzər üzərindən daşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi Şərqlə Qərb arasında daha çevik, təhlükəsiz və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasına xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan böyük infrastruktur layihələri Azərbaycan Respublikasının coğrafi üstünlüklərini real iqtisadi və geosiyasi imkanlara çevirib”.

Tədbirdə çıxış edən YAP üzvü Nicat Məmmədov vurğulayıb ki, ölkəmizin enerji təhlükəsizliyi sahəsində əldə etdiyi təcrübə və yaratdığı infrastruktur Mərkəzi Asiya dövlətlərinin enerji potensialının iştirakı ilə yeni regional imkanlar təqdim edir: “Azərbaycanın enerji diplomatiyası artıq yalnız ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasına xidmət etmir. Bu siyasət eyni zamanda Avropanın enerji təhlükəsizliyinə, region ölkələrinin enerji potensialının beynəlxalq bazarlara inteqrasiyasına və yeni enerji bağlantılarının yaradılmasına mühüm töhfə verir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və yaşıl enerji potensialının inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələri ilə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına imkan verir”. Onu sözlərinə görə, qarşıdakı mərhələdə görüləcək işlər bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geoiqtisadi məkanın formalaşmasına təkan verəcək: “Bu prosesdə möhtərəm Prezident İlham Əliyevin Qırğızıstana səfəri də xüsusi siyasi əhəmiyyət daşıyır. Şanxay Əməkdaşlıq Təşkilatı kimi geniş beynəlxalq platformada Azərbaycanın təmsil olunması ölkəmizin Mərkəzi Asiya ilə ikitərəfli münasibətlərdən daha geniş çoxtərəfli əlaqələr müstəvisinə keçdiyini göstərir. Hörmətli cənab İlham Əliyevin fəal diplomatik fəaliyyəti nəticəsində Azərbaycan Respublikası bu gün müxtəlif regional və beynəlxalq platformalarda təşəbbüsləri dəstəklənən və mövqeyi nəzərə alınan dövlət kimi çıxış edir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin sürətlə inkişaf etməsi də düşünülmüş xarici siyasətin uğurlu nəticələrindəndir”.

Yığıncaqda çıxış edən digər partiya fəalları bildiriblər ki, bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni tendensiyalar və mövcud imkanların reallaşdırılması Azərbaycanı Avrasiyanın yeni iqtisadi arxitekturasında daha mühüm mövqeyə çıxara bilər. Qeyd edilib ki, Azərbaycan bu gün regionlar arasında körpü olmaqla kifayətlənmir, həmin körpünün üzərində yeni əməkdaşlıq və inkişaf platformalarının qurulmasında fəal iştirak edir, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində əldə olunan nəticələr ölkəmizin artan siyasi və iqtisadi imkanlarının növbəti göstəricisidir. O da vurğulanıb ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfərini yalnız növbəti diplomatik təmas olaraq deyil, Azərbaycanın Mərkəzi Asiya istiqamətində ardıcıl və uzunmüddətli siyasətinin mühüm tərkib hissəsi, eyni zamanda ölkəmizin Avrasiyanın yeni geosiyasi və geoiqtisadi reallıqlarında fəal aktora çevrilməsi kimi də qiymətləndirmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Sentyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri