Icma.az
close
up
RU
Göygöldə 150 nəfərlik müasir turizm obyektinin açılışı oldu Fotolar

Göygöldə 150 nəfərlik müasir turizm obyektinin açılışı oldu Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər ərzində Göygöl rayonuna yerli və xarici turistlərinin axının artması rayonda yeni və müasir turizm obyektlərinə tələbatı artırıb.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən investorların cəlb olunması, həmçinin, sahibkarların burada turizmin inkişafına təkan verməsi, müasir obyektlərin tikintisinin aparılması üçün bütün şərait yaradılıb.

Belə müasir turizm məkanlarından biri də Göygöl rayonu Toğanalı kəndi ərazisində iyunun 15-də istifadəyə verilən “Heaven Resort&Hotel” hoteli olub.

Turizm obyektinin açılışında Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şərur MTK rəhbəri İsfəndiyar Axundov, müəssisə, turizm təşkilatlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev bildirib ki, son üç il ərzində Göygölə gələn turistlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Rayonda turizm sektorunun inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir. O qeyd edib ki, bu istiqamətdə müvafiq addımların atılması rayon rəhbərliyi səviyyəsində davam etdiriləcəkdir.

Şərur MTK-nin rəhbəri İsfəndiyar Axundov ilk növbədə sahibkarlara yaradılan şəraitə görə Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, yeni istifadəyə verilən hotel kompleksində qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılıb.

Daha sonra qonaqlar turizm obyekti ilə yaxından tanış olub, həmçinin, açılış münasibətilə ziyafət verilib.

Məlumat verilib ki, yeni istifadəyə verilən  “Heaven Resort&Hotel”in tikintisi bir ilə başa çatdırılıb. Eyni anda 150 qonaq qəbul etməyə malik, 48 nömrədən ibarət turizm obyektində otaqlar nəfis tərtibat və dizaynda standart, deluxe və vip olmaqla üç yerə ayrılır.

Hotelin restoran hissəsi açıq teras və qapalı olmaqla eyni anda 200 qonaq qəbul edə bilir. Mətbəxin rəngərangliyi və yemək çeşidlərinin bolluğu buraya gələn qonqların xüsusi olaraq zövqünü oxşayacaq.

Hotel unikal təbiət mənzərəsi və təmiz atmosferi ilə qonaqların diqqətini cəlb edir. Həmçinin, müəssisənin Göygöl Milli Parkına yaxın olması onu turistlər üçün daha arzuolunan edir.

Qeyd edək ki, yeni açılan müəssisə məşğulluğun və daim iş yerlərinin də artmasına da təkan verib. Belə ki, ilkin qaydada 21 nəfər daimi iş yeri ilə təmin olunub.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri