Icma.az
close
up
RU
Göygöldə müasir heyvandarlıq kompleksi

Göygöldə müasir heyvandarlıq kompleksi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Göygöl kənd təsərrüfatı üçün əlverişli rayonlarımızdandır. Burada torpaq da, iqlim də, illərdən gələn təsərrüfat ənənəsi də imkan verir ki, kənd adamı öz zəhməti ilə yaxşı nəticə qazansın. Amma müasir kənd təsərrüfatında təkcə imkan kifayət etmir. Sərmayə, yeni texnologiya, məhsuldar cinslər və ən əsası, iş görmək istəyən sahibkar lazımdır.

Rayonun Haçaqaya kəndində yeni yaradılan heyvandarlıq kompleksi də bu baxımdan diqqət çəkir. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aidiyyəti qurumların əməkdaşları ilə birlikdə fermer Ramil Məhəmmədiyə məxsus “Gəncə-Agro 2023” MMC-nin yeni heyvandarlıq kompleksi ilə tanış olub.

Burada görülən işlər kifayət qədər böyük təsərrüfatdan xəbər verir. Kompleksdə 500 baş iribuynuzlu mal-qaranın saxlanılması üçün müasir ferma binası və yardımçı tikililər yaradılıb. Artıq Macarıstandan 197 baş Holstein-Friz cinsli damazlıq düyə gətirilib. Qarşıdakı dövrdə onların sayının 500 başa çatdırılması nəzərdə tutulur.

Holstein-Friz təsadüfi seçim deyil. Dünyada südlük istiqamətli heyvandarlıqda ən geniş yayılmış cinslərdən olan Holstein-Friz yüksək süd məhsuldarlığı ilə seçilir. FAO məlumatlarında da bu cins üzrə orta süd məhsuldarlığının bir laktasiya dövründə 6 min kiloqramdan yüksək olduğu göstərilir. Təbii ki, nəticə yemləmə, saxlanma şəraiti, seleksiya və baytarlıq xidmətindən ciddi şəkildə asılıdır.

Yəni məsələ sadəcə xaricdən 197 baş heyvan gətirmək deyil. Əgər iş düzgün qurularsa, bunun arxasında sabah yerli süd istehsalının artması, damazlıq bazanın güclənməsi, yemçilik təsərrüfatlarının genişlənməsi, baytarlıq və digər xidmət sahələrinin inkişafı dayanır.

Kompleksdə ilkin mərhələdə 10 nəfərin daimi işlə təmin olunması da ayrıca qeyd edilməlidir. Bəzən “10 iş yeri nədir ki?” deyib ötürük. Amma rayon iqtisadiyyatı elə bu onlardan başlayır. Bir sahibkar 10 nəfərə, digəri 20 nəfərə, başqası 30, 40, 50 nəfərə iş versə, yüzlərlə ailənin dolanışığı öz rayonunda yaranar. Göygöldə onlarla belə təsərrüfat qurulsa, iş dalınca başqa yerə üz tutanların sayı da xeyli azalar.

Əslində, rayonlarda məşğulluğun ən sağlam yolu da budur: hamının dövlət idarəsində iş axtarması yox, istehsalın və sahibkarlığın böyüməsi. Bir ferma açılır – yalnız mal-qara saxlanılmır. Yem lazımdır, yonca lazımdır, qarğıdalı lazımdır, nəqliyyat lazımdır, südün daşınması və emalı lazımdır, baytar, mexanizator, fəhlə lazımdır. Bir təsərrüfat özü ilə başqa təsərrüfatları da hərəkətə gətirir.

Məhz buna görə Haçaqayada yaradılan bu kompleksə yalnız 500 başlıq ferma kimi baxmaq düzgün olmazdı. Bu, həm də kənddə istehsalın, sahibkarlığın və məşğulluğun genişlənməsi üçün yaxşı nümunədir.

Ziyarət zamanı Prezident İlham Əliyevin aqrar sahənin inkişafına və fermerlərə göstərdiyi dövlət dəstəyinin əhəmiyyəti vurğulanıb, yaradılan şəraitin kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, məhsuldarlığın yüksəldilməsinə və yeni iş yerlərinin açılmasına imkan verdiyi bildirilib.

Göygölün torpağı, suyu, kənd təsərrüfatı ənənəsi var. İndi əsas məsələ bu imkanları təsərrüfata, istehsala və iş yerinə çevirməkdir. Haçaqayadakı yeni kompleks də həmin yolun bir nümunəsidir.

Belə sahibkarların sayı artdıqca qazanan təkcə sahibkar olmayacaq. Kənd qazanacaq, rayon qazanacaq, ən əsası isə öz doğma yerində işləmək istəyən insanlar qazanacaq.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri