Göygöldəki qəzada Vətən müharibəsi qazisi həlak oldu FOTO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl rayonunun Çaykənd kəndi ərazisində qeydə alınıb.
“Niva” markalı avtomobilin aşması nəticəsində 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, H.Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və “Vətən uğrunda”, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmuşdu.
Onu da əlavə edək ki, H.Hacıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görüşdüyü qazilərdən biri idi.
Bizim.Media

Vətən müharibəsi qazisi qəzada həlak oldu Foto
16 Dekabr 2024 18:34
Qəzada ölən şəxs Vətən müharibəsi qazisi olub FOTO
04 Aprel 2025 19:22
Vətən müharibəsi qazisi faciəli şəkildə HƏLAK OLDU
04 Aprel 2025 20:36
Vətən müharibəsi iştirakçısı qəzada öldü FOTO
09 Yanvar 2025 11:40
Vətən müharibəsi qazisi dünyasını dəyişdi (FOTO)
06 Noyabr 2024 01:09

