Icma.az
close
up
RU
“Göyqurdlar” oyun ərəfəsində faciə yaşadı “xanım üzvlərimiz göz yaşlarını saxlaya bilmədilər”

“Göyqurdlar” oyun ərəfəsində faciə yaşadı “xanım üzvlərimiz göz yaşlarını saxlaya bilmədilər”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Dünən Haiti ilə qarşılaşan yığmamız 0:3 hesablı məğlubiyyətlə barışıb. Maraqlı məqamlardan biri də yığmanın əsas fanklubu olan “Göyqurdlar”ın 40-cı dəqiqədən sonra pankartları yığışdırıb stadionu tərk etməsi idi.

“Football-plus.az” bunun səbəbini “Göyqurdlar”ın rəhbəri Elnur Şəriflidən soruşub:

“Srağagün Gürcüstanda baş verən bədbəxt hadisə nəticəsində dayım oğlu Nəbi 22 yaşında avtomobil qəzası keçirərək vəfat etdi. Nəbi eyni zamanda, “Göyqurdlar”ın əlaqələndiricisi idi. Oyunlarda mənə çox dəstək olub kömək edənlərdən idi. Evimizdən bütün plakatların, bayraq çubuqlarının, barabanın daşınmasında - həm stadiona aparılmasında, həm də oyundan sonra geri gətirilməsində - böyük rolu var idi. Bu yarıtmaz millinin oyunlarına göndərib iş tapşıranda heç vaxt “yox” deməzdi. Atası ilə birlikdə bizim 11-ci sektorun dəmir tribunası üçün Tofiq Bəhramov stadionunun həyətində gecəyə qədər qaynaq işləri də aparmışdıq. Bu, sadəcə, bir dəmir parçası deyildi. İçində əziyyət, sevgi və fədakarlıq olan bir hissə idi. Haiti ilə matçın başlamasına dəqiqələr qalmış bu ağır xəbəri aldıqdan sonra hamımız dərin kədər yaşadıq. Xanım üzvlərimiz tribunda bu xəbəri eşidəndə göz yaşlarını saxlaya bilmədilər. Bütün üzvlərimiz xəbəri eşitdikdən sonra çökdülər. Azarkeş qrupunun rəhbəri olaraq, məsuliyyəti üzərimə götürüb fasilədən sonra tribunanı tərk etmək qərarı verdim. Eyni zamanda, dünən yas səbəbi ilə Belarus matçında iştirak etməyəcəyimizi AFFA-ya bildirmişdik. Lakin dünən gecə Şimali Amerika qitəsinin kiçik ada ölkəsinə qarşı yaşadığımız rüsvayçı 0:3 hesablı məğlubiyyətdən sonra bu qərarımızı dəyişməli olduq. Bu, bizim üçün çox çətin olsa da, tribunamızı sahibsiz buraxmamaq qərarına gəldik. Hər dəfə millinin oyunu üçün şəxsi vəsaitim hesabına Polşadan Bakıya uçuram. “Sector 11”dən sonra illərlə boş qalan tribunamızı yenidən canlandırmaq üçün birlikdə çalışırıq. Çünki millinin oyunlarında boş tribunalar görmək ürəyimizi parçalayır. Bilməyənlər üçün təkrar qeyd edək ki, federasiyadan 1 qəpik belə pul almırıq. Məni tanıyanlar onsuz da bunu bilir, bilməyənlər üçün təkrar qeyd edim. Futbolçularımızın hər matç ərəfəsində Bakıda qaldığı lüks otellərdə Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ömrü boyunca bir gecə belə qala bilmir. Onlar yüksək səviyyəli məşqlərlə oyuna hazırlanır, səfərlərə çarter reysləri ilə gedirlər. Amma bu qədər imkanlara rəğmən, nəticə yoxdu. Həmin bu pulda hər bir azərbaycanlının alın təri var. Heç kim düşünməsin ki, tribuna sahibsizdi. Bu tribunalar boş qaldıqca onlar daha da rahat olacaqlar. Vecsiz çıxış edib, sadəcə, evlərinə qayıdacaqlar. Amma bilməlidirlər ki, geyindikləri formanı, daşıdıqları bayrağı və təmsil etdikləri ölkəni layiqincə təmsil etməyincə, biz yerimizi tərk etməyəcəyik! Yasımız olmasına rəğmən, martın 25-də yerimizdə olacağıq. Gedən biz yox, o formanın haqqını verməyənlər olacaq”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Mart 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri