Icma.az
close
up
RU
Gözəl qardaş Arif Aydın

Gözəl qardaş Arif Aydın

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Arif Aydınla haçan tanış olub dostlaşdığım yadıma gəlmir. İlk dəfədən yüz ilin dostu təsüratı yaradan adamlardan olduğuna görə o tarixcə yaddaşımdan kirimişcə yoxa çıxıb.

Azad Yazarlar Ocağını (AYO) təzəcə yaradıb mətbuatda elan etdiyimiz vaxtlar idi, bir də gördüm, Arif hardansa çıxaraq ətrafımdakı gənc yazarlarla əlüstü tanış oluban bizi dəstələyərək yaxındakı kafeyə dəvət elədi. 

Orada Arif həmişə yanımızda olacağına, bacardığı dəstəyi verəcəyinə söz verərək bizi xeyli ürəkləndirdi. Təzə dostumun ədəbiyyata və ümumiyyətlə söz sənətinə kifayət qədər həssas olması mənə xeyli rahatlıq gətirdi. 

Sonralar bildim ki, Arif təkcə yazıçı-şairlərin dostu deyil, o, həm də Azərbaycanın bütün jurnalistika aləminə bələddi. Bir müddət jurnalist kimi çalışdığına görə bu sahədə olanların, kiçiyindən böyüyünə, hamını tanıyır. Qəzet, sayt və televiziya jurnalistlərinin hər birinin ayrı-ayrılıqda səviyyəsini, gücünü bilir.

Həmin ərəfələrdə Ariflə tez-tez görüşəsi olurduq. 

Getdikcə mənə məlum olurdu ki, Arifin dostları, tanışları təkcə yazıçı, şair və jurnalistlərlə məhdudlaşmır. Yaşadığımız cəmiyətin bütün qatları Arifin ərk elədiyi və Arifə ərk eləyən adamlarla doludu. Onun yaxın dostları arasında nazirdən tutmuş, şairə, avtoritetə, aktyora, aşığa, müğənniyə, bəstəkara, alverçiyə, fəhləyə, deputata... qədər hər növ insan mövcuddu. 

Getdikcə mənə aydın olurdu ki, Arifin təkcə Bakıda yüzlərlə dostu, minlərlə tanışı var. Bir insanın bu qədər dost-tanış qazanması, hər biri ilə yerində, ləzzətli münasibət qurması möcüzəyə bərabər bir işdi.

Bir dəfə Ariflə kafedə oturmuşduq, mənə rayondakı bir dostum zəng elədi. Hal-əhvaldan sonra soruşdu ki, neynirsən? Dedim, bir dostla oturmuşam. Soruşdu ki, kimdi o? Dedim, Arif Aydındı. Elə bunu demişdim, dedi, ver telefonu Arifə. Sən demə, bunlar çoxdanın dostları imiş. Onlar deyə-gülə danışdıqdan sonra dedim, Arif, ta, bu qədər də yox daa, bunu hardan tanıyırsan? Arif gülüb dedi, ayə, tovuzluların yeznəsi deyiləmmi bə?

2015-ci ilin parlament seçkiləri idi. Bizimlə yaxın olan bir namizədin seçki dairəsində dayanıb gedib-gələnlərə nəzarət eləyirdik. Səs verməyə gələnlərin əksəriyyəti əvvəlcə Ariflə görüşüb öpüşür, sonra içəri keçirdi. Seçki günü başa çatdıqdan sonra namizədin qərargahına getdik. Arif deputat dostumuza zarafatla dedi, şəxsən mən bu tərəflərdə istənilən namizədə alternativ olub onu udaram. Deyərəm, gəl, seçki məntəqəsinin yanında dayanaq, görək, səs verməyə gələnlər ən çox kiminlə görüşüb öpüşür. 

Arifin bu söhbətinin motivini dartıb uzadaraq xeyli gülüb şənləndik. Sonda qətiyətlə dedim, Arif, dediyin o əyani səsvermədə səni udacaq namizəd tapılmaz. 

Arif Aydını, bu "nəhəng uşağı” sevməyən birisini görmədim, doğrusu. Çünki o da bağlandığı adamların hamısına doğması kimi yanaşır, dostlarının övladlarına xüsusi sevgi göstərir. 

Dəfələrlə olub, Ariflə oturan vaxtlar uşaqlarımdan zəng gəlib. Arif dərhal soruşub, hansıdı? Demişəm, məsələn, Mustafadı. Dərhal belə deyib, Mustafanın qadasın alaram, ver görüm onun nömrəsini! Zəng eləyib, onunla öz tay-tuşu kimi danışıb. "Gələcəm, Mustafa, yenə qapıçı  duracam, bu dəfə bir top buraxmayacam!” 

Mustafanın bir vaxtlar bizə gələn qonaqları çöl darvazasına "qapıçı” qoyub penalti vurmaq şakərini dostlarım yaxşı bilirdi. Nəsimi də, Şərif də, Mövlud da, Aqşin də, Lətif də, Şirəli də o darvazada qapıçı durublar. 

Arifin yalançılığı da olur, filan vaxtı filan yerə gələcəm deyir, söz verir, ancaq gəlmir. Sonralar başa düşdüm ki, o, yalançı deyil, ürəkdən söz versə də, sadəcə, çatdırıb gələ bilmir. Çünki, hər dəqiqə çoxdan görüşmədiyi bir dostu zəng edə, hər addımda çoxdan görmədiyi dostlarla rastlaşa bilir. Hamını bir araya yığmaq da mümkün olmur. 

Arif olan məclislərdə başqa birisinin hesab verdiyini görməmişəm. Qoymayıb, heç kimə imkan verməyib, son qəpiyinə qədər özü xərcləyib. Dosta maddi ağırlıq salmağa qıymayıb, belə xərclərin altına həmişə öz nəhəng çiynini verib. 

Onun belə bir jestinin də şahidi olmuşam: bir dəstə oturmuşuq, qalxanda hesab vermək istəyən dostun qarşısını kəsərək "hesab çatıb” deyib və cibində pulu olmasa da xəlvətdə razılaşaraq hesabı sonradan çatdırıb. 

Uzaq illərin söhbətidi, Arif restoranda oğlu Ayxana ad günü keçirdirdi. Yaxın dostlarını ailəvi dəvət elədiyinə görə hər birimizin uşaqlarımızın arxamızca taksi də göndərmişdi. Onda oğlu Ayxanın üç, ya dörd yaşı olardı. 

Məclisin şirin yerində Arif məni meydana çağırdı və dedi, gəl, uşaqları şənləndirmək üçün qeyri-adi bir rəqs eləyək. Dedim, onda, meymunlar kimi oynayaq, əllərimizi aşağı endirib "hu-hu!” eləyək və dövrə vuraq. Sən nəhəng King Konq olarsan, mən də cəngəllik meymunu, meymunlar kimi qaşına-qaşına oynayarıq. Razılaşdıq, ortada dövrə vuraraq eynən iki dost meymun kimi oynadıq, bütün məclisi şənləndirdik. Həmin oyunumuzun adını "Meymun rəqsi” qoymuşduq. Sonralar Arif deyirdi, hərdən ürəyimdən keçir, o "Meymun rəqsi”ni haçan oynayaq ee, bir də səninlə?

Bir dəfə balaca dostumuz Mövludla Nərimanov metrosu tərəfdə Dursunun çayxanasında oturmuşduq. Söz düşdü, Mövlud Qazaxdan, uşaqlıq xatirələrindən, nənəsindən danışdı. Onda soruşdum ki, uşaq vaxtı səni necə çağırırdılar? Mövlud xeyli gülüb demək istəmədi. Güldükcə də məni maraq bürüyürdü, ona görə israrla uşaqlıq ayamasını deməsini istədim. Dedi, sənə deyərəm, ancaq, sən canın, heç kimə deyib yaymazsan. Söz verdim, narahat olma dedim, yaymaram. Dedi: "Dınqış!” Təzədən biri-birimizə qoşulub xeyli güldük. Sözün deyilişindən hiss elədim ki, Dınqış - dınqılıdan (bapbalacadan) da balaca deməkdi. Həm də dingiriş, oynaq, bir yerdə rahat durmayan dınqılı, çıkqılı, bapbalaca bir uşaq əzizləməsidi. Mövludun balaca, şirin bir uşaq olması gözümün qarşısında canlandı. 

Dedim, Mövlud, bunu yalnız, bir nəfərə, Arifə demək olar, icazə ver, ona deyək, özü də şəhərə çıxan vaxtlarıdı. Mövlud Arifi görmək eşqi ilə dərhal razılaşdı. 

Burda bir haşiyəyə də çıxmalıyam, tanıyanlar bilir, Arif şəhərə gecələr çıxmağı sevirdi, onun məclisləri, adətən, səhərə qədər uzandığından gündüzlər yatıb gecə oyanır və haydı həyata! Ona qoşulanda mən də çox vaxt rejimimi dəyişirəm. Düzünü desəm, isti fəsillərdə elə mən də o rejimdə yaşamağı sevirəm. 

Götürüb Arifə zəng elədim və Mövludun uşaqlıq ayamasını ona demək üçün bir məclis düzənləməsini xahiş etdim. Arif dedi, onsuz da taksiyə oturub gəlirəm, ancaq sizə çatana qədər ürəyim partlayacaq, indi de. Dedim, yox, bu, elə-belə şey deyil sənin üçün. Oturacağıq, stol hazır olanda elan edəcəm. 

Nəysə. Arif gəlib çıxdı, görüşüb öpüşdük və dərhal yaxşı bir restoran! Araq süzüldü, badəni götürüb dedim, Arif, gəl, bu badələrimizi əziz dostumuz Dınqışın sağlığına içək! 

Bunu demişdim, Arif gülməkdən qəşş elədi. Gülüşümüzün şaqqıltısı, gurultusu otağı başına götürdü. İri cüssəli Arif dolu badəni başına qaldırıb stolun bu üzünə keçdi, Mövludu qucaqlayıb onu körpə uşaq kimi iylədi, öpdü-öpdü-öpdü.

Dayanın, a kişilər, bu nə kədərdi? Birdən elə bilərsiniz Arifə nəsə olub, qətiyyən yox! Bizim Arif eynən Lenin kimi yaşayıb, yaşayır, yaşayacaqdır!

Soruşacaqsınız, bəs, son vaxtlar niyə görünmür? Deyim dəə! Arif Ukraynaya köçub. Gah Kiyevdə, gah da Xarkovda yaşayır. Bir də gördün, feyzbuk xəritəsi onu İstanbul aeroportunda göstərir. Hərdən dostlara deyirəm, allah Ukrayna çıxardanın öyünü yıxsın, gül kimi uşağı əlimizdən aldı.

Arif, zarafat-zarafat, hardasan, gəl çıx daa! 

Bu qədər də yoxa çıxmaq olmaz, axı!!!  

Murad Köhnəqala

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri