Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Gözəllik mərkəzində biabırçılıq Reklam naminə... (VİDEO)

Gözəllik mərkəzində biabırçılıq Reklam naminə... (VİDEO)

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyət arasında ciddi narahatlıq və müzakirələrə səbəb olub. Kadrlarda Türkiyə ərazisində fəaliyyət göstərən gözəllik mərkəzlərindən birində təxminən 4-5 yaşlı qız uşağının dodağına dolğu prosedurunun tətbiq edildiyi iddia olunur. Azyaşlıya estetik müdaxilə edilməsi ilə bağlı yayılan bu görüntülər qısa müddətdə geniş auditoriyaya çataraq sosial mediada kəskin reaksiyalar doğurub. Bir çoxları azyaşlıların sağlamlığına və psixoloji durumuna potensial təsirləri qabardaraq məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmalı olduğunu vurğulayıb. Bununla belə, yayılan görüntülər cəmiyyətdə azyaşlılara yönəlik estetik prosedurların sərhədləri və bu sahədə nəzarət mexanizmlərinin yetərliliyi barədə geniş müzakirələrə yol açıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib ki, belə bir məsələyə müsbət münasibət ola bilməz:
“Məqsədin uşağın dodağına müdaxilə edilməsi olduğu başa düşülür, lakin bunun tam mahiyyəti aydın olmur. Ancaq istənilən halda bunun reklam olunması və gündəmə gətirilməsi doğru deyil və uşaq hüquqlarına zidd bir məsələdir. Bu, həm mənəvi, həm hüquqi, həm də etik baxımdan qəbulolunmaz bir faktdır və qınanmalı məqamlardan biridir. Ola bilər ki, hazırda müəyyən fiziki qüsur və ya məhdudiyyət mövcuddur. Əgər söhbət tibbi zərurətdən və ya fiziki problemin aradan qaldırılmasından gedirsə, bu halda məsələni müəyyən qədər anlamaq olar. Yox əgər məqsəd sadəcə reklam, diqqət çəkmək və ya zahiri gözəllik naminə edilən bir müdaxilədirsə, bu, gələcəkdə sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Həmçinin sosial təcrübə və cəmiyyətin etik dəyərləri baxımından bu, uşaq-valideyn münasibətlərində müəyyən bir uçurumun nümunəsi kimi qiymətləndirilə bilər”. 
O bildirib ki, belə bir faktın nümunəyə çevrilməsi cəmiyyət üçün arzuolunmazdır:
“Xüsusilə bir qız uşağının, hətta iki yaşlı uşağın dodağına müdaxilə edilməsi gələcəkdə proqnozlaşdırılması çətin olan nəticələrə və problemlərə yol aça bilər. Burada məsələ təkcə tənqid və ya ictimai qınaqla bitməməlidir. İnzibati, hüquqi və sosial məsuliyyət də müəyyən edilməlidir. Çünki bu kimi hallar birbaşa olmasa da, dolayısı ilə ictimai təhlükəsizlik amilinə təsir göstərir. Belə məsələlərdə ictimai qınaq da qaçılmazdır. İnsanların buna münasibət bildirməsi təbiidir. Səbəb tam aydın olmasa da, istənilən halda zəruri tibbi ehtiyac olmadığı təqdirdə uşağın zahiri görünüşündə dəyişiklik yarada biləcək hər hansı kosmetik və ya digər müdaxilə arzuolunmaz və yolverilməzdir”.

Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri