Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Gözəllik salonlarında tibbi müdaxilə TƏHLÜKƏ

Gözəllik salonlarında tibbi müdaxilə TƏHLÜKƏ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deyirlər gözəllik nisbi anlayışdır, birinin bəyəndiyi böyük dodaqlar başqa birinin xoşuna gəlmir. Başqasında gördüyünüz qaynaq saçlar sizə yaraşmasa belə onu israrla etdirirsiniz. Azacıq qırış düşmüş simasına dolğu etdirmək üçün həkimləri, gözəllik prosedurlarını günlərlə araşdıranlar da çoxdur. Kimi ucuza qaçıb gözəllik salonlarında mənşəyi məlum olmayan dolğuları öz dərisinə daxil etməyi heç bir tibbi savadı olmayan insanlara həvalə edir, kimisi də işin peşəkarına etibar edir.

Zərərçəkən: “Dodaqlarım çürüyür”

Bəzən mediada da yayılır, dolğu qurbanları gözəllik salonlarında etdirdiyi prosedura görə sağlamlıq problemləri yaşadığını, iltihab yarandığını deyirlər. Türkmənistanda bu sahədə olduqca çox problem yaşandığı üçün hökumət gözəllik salonlarında tibbi müdaxilə prosedurlarının tətbiq edilməsini qadağan edib. Bir çox Avropa ölkəsində, habelə Amerikada süni gel tətbiqi qanunla qadağandır.

Gülər Həsənlini də sosial şəbəkədən tanıyıram, qadın səhifələrində dolğu ilə bağlı problem yaşadığını, dodağının çürüdüyünü yazırdı. 2 il əvvəl Bakıdakı gözəllik salonlarından birində dodağına “gel” deyilən maddə vurdurduğunu deyir: “Saçlarımı kəsdirmək üçün salona getmişdim, usta dedi ki dodaqlarıma gel vurulsa çox yaxşı görünər. Dedi 1 qramı 60 manatdır, həkimlər eyni miqdarda gel üçün 150-200 manat alırlar. Aldandım, vurdurdum dodağıma. O gündən sonra mən həkimlərdəyəm, dodaqlarımdan irin, çirk axır, şişir. O salona getdim dəfələrlə, o qadını tapıb etdiyinə görə cavab verməsini istəyirdim, amma özünü gizlədi, sonra da harasa köçüb getdi. Olan mənə oldu. Çox peşmanam, həkim olmayan birinə etdirdiyim üçün, salonda etdirdiyim üçün”.

Bədəninizə nə yeridirlər?

Bədənə yeridilən yad maddə silikon - silisium qum tərkibli üzvi maddədir. Bu maddə həm gel, həm maye, həm də sərt formada olur. Müasir tibbdə bu maddə estetik məqsədlər üçün çənəyə, süd vəzilərinə, yanaqlara və bədənin müxtəlif yerlərində olan çuxur yerləri doldurmaq üçün istifadə edilir. Dodaqlara vurulan maddə isə dolğu vasitəsidir. Dolğu təbii və süni ola bilir, sovrulan və sovrulmayan.

İnkişaf etmiş ölkələrdə 90 faiz sovrula bilən dolğu maddələrindən istifadə edilir. Dolğu maddələri daha çox üz gəncləşdirmədə, üzdə olan estetik çatışmazlıqları, simmetrik qüsurları örtmək, dodaqları böyütmək, qırışlar olan nahiyənin altını doldurmaq məqsədilə də istifadə olunur. Əməliyyat yüngül prosedurdur, lakin ciddidir. Dolğu maddələrindən ən çox geoleron, laktik və kalsium hidroxlorid apasid turşusundan istifadə edilir. Bunlar sovrulan maddədir və 6-10 ay arasında toxumalarda yox olur və tətbiq edilən nahiyə əvvəlki vəziyyətinə qayıdır.

Dolğu əməliyyatı gözəllik yox, tibbi prosedurdur

Əslində dolğu bu gün əksər qadınların, hətta kişilərin də istifadə etdiyi bir estetik prosedurdur. Prosedurdan istifadə etmək o qədər yayılıb ki indi hətta gözəllik salonlarında da müştərilərə tətbiq edilir. Bu bir tibbi prosedurdur və həkim nəzarətində həyata keçirilməlidir, lakin nə edənlər, nə də etdirənlər üçün bu xəbərdarlıq vacib hesab edilmir. Dolğu üçün gözəllik salonlarına üz tutulmasının əsas səbəbi isə ucuz qiymətdir.

Hər sima gözəldir, hər üz spesifik quruluşa malikdir. Üzümüzün davamlı olaraq mimika və jestlərlə hərəkət etdiyini nəzərə alsaq ora dolğu etdirməyin də təhlükəli ola biləcəyini düşünməliyik. Ona görə üzünüzdəki hansı nahiyənin doldurulması lazım olduğuna özünüz qərar verməyin. İşi peşəkarların öhdəsinə buraxmayanda ya mimikanı itirirsən, ya da iltihablanmış bir siman olur.

Üzünüzə, bədəninizə, hətta barmağınıza belə gözəllik salonlarında müdaxilə edilməsinə izin verməyin, əgər dolğunu mütləq etdirmək istəyirsinizsə bunu mütləq həkim etməlidir. Gözəllik salonları, bərbər kimi yerlərdə bu prosedurların aparılması əslində qadağandır. Bu qadağa sağlamlığınızı qorumaq üçündür. Tibbi müdaxilə üçün müəssisənin lisenziyasının olması mütləqdir, eyni zamanda bu proseduru edəcək şəxs də tibbi təhsilə sahib olmalıdır.

İflic ola bilərsiniz!

Bədəniziə yad maye vurulursa unutmayın ki, qısa müddətdə allergiya, laxtalanma, qanqrena, görmə və eşitmə itkisi, venadaxili yeridildikdə iflic kimi problemlər yaşaya bilərsiniz. Prosedurun həyata keçirildiyi yer lisenziyalı klinikadırsa və qəfil bir şey baş versə təcili tibbi yardım və tibbi cihazlar həyatınızı xilas edəcək. Amma gözəllik salonunda sizin bədəniz o maddəyə reaksiya versə, şoka girsəniz sizi xilas edəcək nə həkim olacaq, nə də tibbi müdaxilə.

Əgər israrla dolğu etdirmək fikriniz varsa bir neçə təcrübəli və etibarlı klinikalardan qiymətləri soruşun. Sizə bu proseduru çox aşağı qiymətə edəcəyini deyən klinikalar və həkimlər də ola bilər. Əgər çoxluğun eyni qiyməti dediyi proseduru bir klinika və ya həkim olduğunu iddia edən şəxs yarı qiymətinə təklif edirsə unutmayın ki, ya keyfiyyətsiz məhsuldan istifadə edir, ya da bu işi görmək səlahiyyəti yoxdur. Sağlamlığınız büdcənizdən daha vacibdir.

Əyri ayaqlara, nahamar buruna müdaxilə edirlər

Sosial şəbəkələrdə gözəllik salonları, yağışdan sonra çıxan göbələklər kimi hər gün artan estetik mərkəzlər bir-biri ilə bəhsə girib. Kimisi azacıq donqar burnu dolğu ilə hamarlaşdırdığı görüntüləri paylaşır, kimisi əyri ayaqlara dolğu vurularaq düzləşdirməni nümayiş etdirir. Paylaşımlara verilən reaksiyadan, yazılan şərhlərdən görünür ki, təlabat da çoxdur. Estetik mərkəz adı altında fəaliyyət göstərən obyektlərdə edilən tibbi müdaxilələr daha çox olur. Əksəriyyətinin lisenziyası yoxdur, özünü estetik, kosmetoloq həkim kimi təqdim edən şəxslərin ali tibbi savadı olmur, qonşu ölkələrdə bir neçə dəfə seminar keçməklə özünü estetik-həkim adlandırır.

Burun korreksiyası adlı prosedurla burundakı əyriliyi, simmetrik nahamarlığı gel tətbiq edərək aradan qaldırırlar. Yəni bu prosedur burunun əməliyyatsız daha estetik hala gətirilməsi üçündür. Burnunu əməliyyat etdirə bilməyənlər, dikləşdirmək istəyənlər, burundakı kiçik boşluğu doldurmaq istəyənlər bu proseduru etdirirlər. 15-20 dəqiqləlik prosedurun 1.5-2 il qalıcılıq müddəti olur. Əgər tibbi bir mərkəzdə və peşəkar həkim tərəfindən edilsə problem yaranmaz, alkin gözəllik salonlarında orta təhsili belə tam olmayan ustaların əli ilə edilir. Nəticədə ya burnunuz çürüyür, ya da bədəninizdə anlamadığınız və sizi narahat edən proseslər gedir.

Ayaqlardakı simmetrik uyğunsuzluq da dolğu vasitəsi ilə düzləşdirilə bilər. Lakin bunu da işinin peşəkarına və steril kilinika şəraitində etdirmək vacibdir. Bir neçə il öncə Bakıdakı gözəllik mərkəzlərindən birində ayağına kosmetoloq tərəfindən süni gel vurulan qadın mətbuata açıqlama vermişdi, onun ayaqlarının kəsilmə təhlükəsi vardı. Dəfələrlə əmliyyata girmiş, ayaqlarındakı gel xaric edilmişdi, lakin gel artıq toxumalara nüfuz etdiyi üçün qadının hərəkəti məhdudlaşmış, iş qabiliyyətini itirmişdi. Məhkəmə çəkişməsi hələ də davam edir.

Bəs sterilizasiya?

Harda olmasından asılı olmayaraq prosedur aparılan yerlərdə ilk növbədə sterilizasiya qaydalarına əməl edilməlidir. Müasir salonlarda isə adi qaynama vasitələrindən (!), əgər işləyirsə üzərində "sterilizer" sözü yazılan alətdən istifadə edilir.

Ekspertlər hesab edir ki, bunlar virus infeksiyalarını məhv etmək üçün yetərli deyil. İstifadə edilən alətlərin steril olması, prosedurun icra edildiyi məkanın standartlara cavab verməsi vacibdir. Yazıda adıçəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislərə və Səhiyyə Nazirliyindən alınan müvafiq sertifikatlara ehtiyac var, amma bu gün bu xidmətləri göstərən mərkəzlərin hamısı bu şərtlərə cavab verirmi?

Azərbaycan qanunlarına görə Səhiyyə Nazirliyi gözəllik salonlarında yoxlamalar apara bilməz. Bu işlə prokurorluq məşğul olur, o halda ki şikayət olsun. Bu sahədəki xaotik vəziyyətin bir səbəbi də Tibb Universitetində kosmetologiya fakültəsinin olmamağıdır. Ona görə də hazırda ölkəmizdə bu sahə üzrə özünü mütəxəssis sayanların böyük əksəriyyəti əslində kosmetoloq-həkim deyillər.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:321
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri