Icma.az
close
up
RU
Lisenziyasız fəaliyyət göstərən kosmetoloq Nazlı Babayevadan şikayət KONKRET

Lisenziyasız fəaliyyət göstərən kosmetoloq Nazlı Babayevadan şikayət KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Estetik prosedur etdirən qadın xoşagəlməz nəticə ilə üzləşib.

KONKRET.az Xalq-a istinadən xəbər verir ki, bu barədə şikayətçi Rəvanə İmamverdiyeva redaksiyamıza müraciət ünvanlayıb. O, 2023-cü ildə plastik cərrah kimi tanıdığı Nazlı Babayevaya müraciət edərək, dodaq plastikası etirmək istədiyini bildirib:

“Razılaşdıq. Mən ona dodağıma cəmi 1 qram gel vurulmasını dedim. O isə məni inandırmağa çalışdı ki, 2 qram daha yaxşı forma verəcək. Üstəlik məni əmin etdi ki, o ancaq təbii geldən istifadə edir. Əməliyyatdan sonra dodaqlarımda şiş əmələ gəldi. Bununla bağlı Nazlı Babayevaya dəfələrlə müraciət etsəm də o bildirdi ki, 1 ilə qədər hər şey qaydasına düşəcək, şiş çəkiləcək və gel əriyəcək. Lakin hər şey əksinə oldu. Dodağım öz görnüşünü tamamilə itirdi. Bununla bağlı ailəmizdə ciddi söz-söhbətlər oldu. Hətta qardaşımla aramız pozuldu.

Dəfələrlə Nazlı Babayevanın yanında oldum.

Hər dəfə dodağıma bir məhlul sürtüb yola saldı ki, “yaxşı olacaq”. Amma heç nə yaxşı olmadı. Tez-tez iş ünvanını dəyişdiyinə görə Nazlı Babayevanı tapmaq da çətin olur. Başqa həkimlərin də qəbulunda oldum. Amma heç kim mənə kömək etmək istəmədi. Hamısı bildirdi ki, “bu adamın sənin dodağına nə vurduğunu biz bilmirik”. Bir sözlə, 3 ilə yaxındır ki, əziyyət çəkirəm.

Vaxtın uzanmasını indi Nazlı Babayeva öz lehinə çevirmək istəyir. Deyir ki, “3 il bundan qabaq olmuş prosedura mən nə edə bilərəm ki?”. Digər həkimlər də deyir ki, “dodağına vurulan gel sünidir, təcili çıxarılmalıdır. Əks-təqdirdə dodaqların daha pis görkəmə düşəcək”. İndi nə edəcəyimi bilmirəm”.

“Problemi var idisə, vaxtında müraciət edərdi”

Məsələ ilə bağlı plastik-cərrah Nazlı Babayeva ilə əlaqə saxladıq. O, Bizim.media-ya açıqlamasında bildirdi ki, əməliyyatdan 3-4 il keçib:

“Dolğunun qalıcılığı 12 aydır. Sonra əriyib gedir. Bu xanımın problemi var idisə, vaxtında müraciət edərdi. İndi niyə müracət edir? Mən həm şəhid bacısıyam, həm də şəhid qızıyam. Rəvanə İmamverdiyava şər-xəta adamdır. 4 ildən sonra gəlib ki, “dodağıma süni dolğu vurmusan”.

Bildiyim qədər, son illərdə o Gəncədə, Bərdədə neçə həkimin yanında olub. Narazılığı varsa, getsin ekspertiza etdirsin. Ondan sonra müəyyən olunar ki, mənim günahım var, ya yox. Günahım varsa, qanun qarşısında cavab verməyə hazıram”.

Nazlı Babayeva lisenziyasız fəaliyyət göstərir

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Nazlı Babayevanın adı Səhiyyə Nazirliyi tərəfindən plastik cərrah kimi fəaliyyətinə icazə verilən 42 nəfərlik həkim siyahısında da yoxdur. Üstəlik, onun daimi iş yeri də bəlli deyil.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, Nazlı Babayeva lisenziya alan həkimlərin sırasında yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri