Icma.az
close
up
RU
Gözəllik uğrunda daha bir ÖLÜM “Mərcan” klinikasının qalmaqallı həkimi SAXLANILDI

Gözəllik uğrunda daha bir ÖLÜM “Mərcan” klinikasının qalmaqallı həkimi SAXLANILDI

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Mərcan” klinikasında plastik əməliyyat zamanı ölüm hadisəsi baş verib. Belə ki, Rusiya vətəndaşı, 37 yaşlı Arzu Sadıqova “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra dünyasını dəyişib.

Əməliyyatdan iki gün sonra həyatını itirdi…

Hurriyyet.Az Ajans.az-a istinadla xəbər verir ki, vəfat edən pasientin ailəsi Bizim.Media-ya açıqlamasında Arzu Sadıqovanın ölümündə həkimi günahlandırıb. Mərhumun bacısı bildirib ki, Arzu Sadıqova iyunun 12-də abdominoplastika və liposaksiya əməliyyatı keçirib. Bir gün sonra səhhəti qəfil pisləşib və o, yenidən əməliyyata alınıb. Daha sonra xəstə komaya düşüb. Komadan ayılandan sonra güclü daxili qanaxma baş verib və həyatını itirib.
Ailənin iddiasına görə Arzu Sadıqovanın heç bir xəstəliyi olmayıb və əməliyyatdan bir gün əvvəl lazımi analizlərdən keçib.
Məsələ ilə bağlı həkim Nigar Məmmədova ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, “qarşı tərəfdən səhv düşmüsüz” deyə cavablar aldıq.
“Ölüm” saçan klinikanın reklam işlərini tanınmış akytor həyata keçirir…
Bu dəfə “Mərcan” klinikasına müraciət etdik. Klinikadan saytımıza az sonra əlaqə saxlanılacağı bildirildi.
Bir qədər sonra aktyor və qiraətçi kimi tanıdığımız Kamran Ağabalayev geri dönüş edib, nə ilə maraqlandığımızı sorğuladı. Məsələni qeyd edəndən sonra Kamran Ağabalayev həkimin açıqlamasını təqdim etdi.
Sonradan öyrəndik ki, Kamran Ağabalayev “Mərcan” klinikasının media və reklam işlərini həyata keçirir.
Nigar Məmmədova səhvini etiraf edib?
Baş verən hadisə ilə bağlı həkim Nigar Məmmədovanın açıqlamasında isə bunlar qeyd olunub:
“Pasientdə aparılan “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominaplastika“ əməliyatından sonra pasiyentimizdə, tibbdə tanınan ağırlaşma — emboliya halı müşahidə olunub. "Aparılan “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominaplastika“ əməliyatından sonra pasiyentimizdə, tibbdə tanınan ağırlaşma — emboliya halı müşahidə olunub. Bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Bu ağır itkini böyük üzüntü ilə qarşılayır, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Əməliyyat müvafiq tibbi protokollara  uyğun şəkildə icra olunub. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən ediləcək. Pasiyentlərin təhlükəsizliyi və sağlamlığının qorunması bizim üçün daim prioritet məsələdir və prioritet olaraq da qalacaq”, - deyə açıqlamada qeyd olunub.
Həkim saxlanılıb?
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin "Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb.
Ailədən Bizim.Media-ya bildirilib ki, “Mərcan” klinikasının ümumi cərrahı Nigar Məmmədova saxlanılıb. Amma bu məlumat rəsmi təsdiqlənməyib.
Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə sorgu göndərilsə də, hələki açıqlama verilməyib.
Qurbanlar…
Qeyd edək ki, Nigar Məmmədovanın Arzu Sadıqova kimi qurbanlarının sayı çoxdur.
Bu ilin fevralında Bakı sakini Günay Məmmədovanı plastik əməliyyat edib. Buna əgər plastik əməliyyat demək olarsa…Pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb və nəfəs alması çətinləşib. Bir ay ərzində xəstəni iki dəfə əməliyyata salıblar, ona deyilmədən həyati əhəmiyyətli orqanlarına müdaxilə (qabırğama) olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb.
“Mərcan” klinikasına gəlincə isə bu xəstəxana  səsküylü ölüm halları ilə bir müddətdir ki, gündəmdədir.  
2024-ci ilin dekabrında  idman zalının həyətindən meyiti tapılan bloger Nərmin Bəylər qızı İsgəndərovanın "Mərcan Medicare" klinikasında əməliyyat olunduğu məlum olmuşdu. 
Sözügedən klinikada ikinci eyni hadisə isə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib. 
O, yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunub. Daha sonra xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib. 
“Mərcan” klinikasının rəhbəri kimdir?
Bəzi mənbələr klinikanın keçmiş Milli Məclisin sədri Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğunu iddia etsələr də, bu məlumatın doğruluğu təsdiqlənməyib.
Klinikanın rəhbəri isə anestezioloq-reanimatoloq Araz Ağayevdir. 2024-cü ilin dekabrında bloqer Nərmin İsgəndərovanın ölümündən sonra Səhiyyə Nazirliyi araşdırma apararaq klinikanı cərimələmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri