Gözlənilən bir həbsin tarixçəsi
Icma.az bildirir, Bizimyol portalına istinadən.
https://bizimyol.info/az/news/555904.html
Bu məsələ ilə bağlı toxunmaq istədiyim başqa nüanslar var.
Bəli, Adnan Əhmədzadə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə maddələri ilə ittiham olunur. Bu maddələrin çox ağır cəza sanksiyaları var. Adnan Əhmədzadəni Dövlət Təhlükəsizliyi Xidməti tutub. Bu qurum, yəni DTX isə adətən heç kimi əsassız yerə tutmur. Təsadüfi deyil ki, Adnan Əhmədzadə həm saxlanma şəraitindən razıdır, həm də həbsindən apelyasiya şikayəti verməyib. Belə güman etmək olar ki, Adnan Əhmədzadə istintaqla əməkdaşlıq edəcək.
Toxunmaq istədiyimiz həmin o başqa nüanslar da məhz burada meydana çıxır. Hər şey bu qədər aşıq-aşkar, dəlilli-sübutlu şəkildə ortada olduğu halda yenə də bu həbsi başqa yerə yozmağa çalışanlar, başqa don geyindirmək istəyənlər də var. Bunlar istər mediada, istərsə sosial şəbəkə platformalarında müşahidə olunur. Doğrudur, hələ istintaq yeni başlayıb, ancaq cəmiyyətə onsuz da çox şey aydındır. Bir az əvvəl də dediyim kimi, media məsələ ilə müəyyən təfərrüatlar əldə edib. Məlum olur ki, Adnan Əhmədzadə Rusiyadan qaynaqlanan təxribatçı sifarişlə Azərbaycanın Avropaya satdığı nefti qəsdən çirkləndirib və ölkəyə - Azərbaycana 2 milyard dollardan çox ziyan vurub. Onun əməlindən Azərbaycandan neft alan Avropa ölkələri də zərər görüb. Odur ki, Adnan Əhmədzadənin həbsi, cəzalandırılması həmin ölkələrin də marağındadır. Çünki bu, Rusiyanın xeyrinədir. Ancaq çox qəribədir ki, həmin Avropaya sığınmış müəyyən şəxslər Adnan Əhmədzadənin müdafiə etməyə çalışdılar. Eləcə də, Azərbaycanın içində. Özü də bunu əsasən o adamlar edir ki, özləri gecə-gündüz Qərb dəyərlərindən, Avropaya inteqrasiyadan danışırlar. Düşünürsən: bəlkə bu adamlar "Qərbə inteqrasiya edək" çağırışları, Avropapərəst şüarçılıq pərdəsi altında gizləniblər. Bəlkə əslində çoxdan Rusiyaya inteqrasiya ediblər, xəbərimiz yoxdur. Maraqların və mövqelərin bu qədər üst-üstə düşməsi təsadüfə oxşamır, axı. Rusiya Ukraynada SOCAR-ın müəssisələrini, Azərbaycanın enerji emalı və satışı üzrə infrastrukturu dronla, raketlə vurur, Adnan Əhmədzadə və əlaltıları Azərbaycanın Qərbə satdığı nefti çirkləndirir, bəzi soydaşlarımız isə bunları qınamaq əvəzinə, az qala Adnan Əhməfzadəni qəhrəman elan edirlər.
Yəqin elə düşündüklərimiz doğrudur. Görünür, dövlətə xəyanət edənləri də müdafiə edəcək qədər "həyacanlanmış" adamlar var... Həm də bu həbs heç kim üçün gözlənilməz olmadığı halda...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 24 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















