Icma.az
close
up
RU
Paşinyanın SENSASİON etirafına Kreml sülh olmayacaq reaksiyası verdi: Rusiya 3+3 formatlı yeni geopolitik silah yaratmağa çalışır

Paşinyanın SENSASİON etirafına Kreml sülh olmayacaq reaksiyası verdi: Rusiya 3+3 formatlı yeni geopolitik silah yaratmağa çalışır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Qafqazda regiondankənar güclər arasında kəskinləşən amansız rəqabətə paralel olaraq, məhz Azərbaycan regional hərbi-siyasi və geostrateji iradə mərkəzinə çevrilir... İndi əsas mübarizə yalnız Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması deyil, həm də regionun gələcək geopolitik xəritəsini formalaşdırmaq hüququ uğrunda gedir...

Azərbaycan və Ermənistan arasında sülh prosesi son vaxtlar real dinamika qazanıb. Ancaq bu prosesə paralel olaraq, Rusiyanın Cənubi Qafqazda zəifləyən mövqelərini bərpa etmək cəhdləri də getdikcə, daha qabarıq şəkildə müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin paytaxt Bakıda keçirilən hərbi paradda səsləndirdiyi mesajlar, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı önəmli etirafı və Rusiya Xarici İşlər Nazirliyinin “3+3” formatını yenidən gündəmə gətirməsi Cənubi Qafqazda yeni siyasi-diplomatik mərhələnin başlandığını göstərir.

Maraqlıdır ki, Prezident İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxışı zamanı Ermənistanın İkinci Qarabağ müharibəsindən öncəki dövrdə əvvəlki məğlubiyyətlərdən dərs almadığını, əksinə, daha aqressiv ritorika ilə çıxış edərək, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdüyünü vurğulayıb: “Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibəyə başlayacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Ancaq onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

Azərbaycan liderinin bu bəyanat yalnız savaşın nəticələrini deyil, həm də müharibədən sonrakı geopolitik reallığı tam şəkildə ifadə edir. Rəsmi Bakının indi verdiyi əsas geopolitik mesaj ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda “müharibə dövrünün nəticələri sülh danışıqlarının başlanğıc nöqtəsidir” və bu reallıq artıq dəyişməzdir. Və ən əsası isə sülh prosesi qalib ölkənin - Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində diqtə etdiyi şərt-tələblərə uyğun olmalıdır.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan da bu mövzuya yönəlik son açıqlamasında etiraf edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımamaq onun ən böyük siyasi səhvi olub. Erməni baş nazirin fikrincə, əslində, lap əvvəldən etiraf etmək lazım idi ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır: "Çünki başqa variant mövcud deyildi. Əgər, düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, bu, mənim səhvim idi, çünki mən bunu vaxtında etmədim”.

Təbii ki, baş nazir Nikol Paşinyanın bu etirafı həm Ermənistanın ölkədaxili siyasi diskursunda olduqca mühüm dönüş, həm də rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasətində ideoloji əsaslandırma kimi dəyərləndirilə bilər. Erməni baş nazir faktiki olaraq, Ermənistanın iflasa uğramış və hərbi məğlubiyyət ilə nəticələnmiş "Qarabağ siyasəti"ni bağlayır və tədricən “reallıqla uzlaşma” xəttini seçir. Və bu, həm də Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsinə paralel olaraq, Ermənistanın siyasi-diplomatik istiqamətini dəyişdiyinin göstəricisidir.

Ancaq nə qədər qəribə də olsa, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında bildirilir ki, Azərbaycan və Ermənistan “normallaşma prosesinə geriyə dönməz xarakter vermək üçün hələ çox iş görməlidirlər” və Kreml bu prosesə dəstək göstərməyə hazırdır. Bu, ilk baxışdan neytral bəyanat kimi görünsə də, əslində, Rusiyanın Cənubi Qafqazdakı sülh prosesindən kənarda qalmaq istəmədiyini göstərir. Çünki Ukrayna savaşına paralel olaraq, Kreml Cənubi Qafqazda həm hərbi-strateji, həm də siyasi-diplomatik mövqelərini böyük ölçüdə itirib. Və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentin çıxarılması, eləcə də, Azərbaycan-Ermənistan sülh danışıqlarının artıq Qərb platformalarına daşınması bu itkilərin ən konkret örnəkləridir.

Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Cənubi Qafqazda vəziyyətin daim diqqət tələb etdiyini bildirib və “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) fəaliyyətin bərpa olunmasının vacibliyini vurğulayıb. Bu açıqlama Rusiya və İranın Cənubi Qafqazda Qərb diplomatiyasına qarşı cavab mexanizmi kimi qiymətləndirilə bilər. Və Kremlin “3+3” formatına bağlı məqsədləri bir neçə səviyyədə özünü göstərir.

Birincisi Rusiya bu format sayəsində ABŞ və Qərbin regional sülh prosesinə vasitəçilik fəaliyyətini balanslaşdırmaq niyyəti güdür. Çünki ABŞ və Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesində artan rolu Rusiyanın regiondakı strateji maraqlarına təhdid yaradır. Digər tərəfdən, Kreml Rusiyanın regional təsir dairəsini qorumağa cəhd göstərir. Yəni, Kreml Cənubi Qafqazda hərbi dayaqlarını itirsə də, siyasi-diplomatik alətlər vasitəsilə öz nüfuzunu yenidən bərpa etmək istəyir. Nəhayət, Rusiya bu regionda İranla koordinasiyalı siyasətə ehtiyac duyur. Çünki rəsmi Tehran da Kreml kimi, "3+3" formatını Qərbin və Türkiyənin artan regional təsirinə qarşı müqavimət platforması kimi görür.

Ancaq "3+3" formatının Cənubi Qafqazda real fəaliyyət platformasına çevrilmə ehtimalı bir sıra önəmli amillərdən asılıdır. Birincisi, Gürcüstan məhz Rusiya ilə gərgin münasibətlər səbəbindən “3+3”də iştirakdan yayınır. Bu isə formatın tam regional təmsilçiliyini birmənalı şəkildə zəiflədir. Digər tərəfdən, ABŞ və Qərbin regionda siyasi-diplomatik fəallığı artdıqca, “3+3” formatı da buna paralel olaraq, geopolitik reallıqdan daha çox geostrateji balanslaşdırma alətinə çevrilir. Nəhayət, Azərbaycan-Türkiyə İttifaqı üçün bu format indi yalnız praktik nəticələr – sülh sazişi, sərhədlərin açılması, regional nəqliyyat-kommunikasiya layihələrinin canlanması olarsa, əhəmiyyət kəsb edə bilər.

Göründüyü kimi, hazırda Cənubi Qafqazda iki paralel və bir-biri ilə ziddiyyət təşkil edən siyasi-diplomatik xətt mövcuddur. Belə ki, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə ifadə olunan Qərb xətti Azərbaycan-Ermənistan birbaşa sülh prosesini birmənalı şəkildə dəstəkləyir. Buna alternativ olaraq isə Rusiya-İran xətti “3+3” formatı vasitəsilə manevrlər edərək, regiondakı Qərb təsirini balanslaşdırmağa çalışır və hətta sülh prosesini əngəlləyib, pozmağa cəhd göstərir.

Cənubi Qafqazdan kənar güclər arasında kəskinləşən bu amansız rəqabətə paralel olaraq, məhz Azərbaycan regional hərbi-siyasi və geostrateji iradə mərkəzinə çevrilir. Ermənistan isə hələlik yalnız öz xarici siyasətində Rusiyadan uzaqlaşma istiqamətinə doğru növbəti keçid dövrünü yaşayır. Bu baxımdan, Cənubi Qafqazda “müharibədən sonra diplomatiya” mərhələsi artıq başlamış kimi görünür. Və bu mərhələdə indi əsas mübarizə yalnız sülh sazişinin imzalanması deyil, həm də regionun gələcək geopolitik xəritəsini formalaşdırmaq hüququ uğrunda gedir.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri