Gözlənilməz eskalasiya ehtimalı var ABŞ səfirlikləri
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin bir sıra Yaxın Şərq ölkələrindəki səfirlikləri regiondakı gərgin vəziyyət fonunda Amerika vətəndaşlarını yenidən yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb.
"Report" xəbər verir ki, müvafiq xəbərdarlıqları ABŞ-nin İordaniya, İsrail, İraq, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, BƏƏ və Livandakı diplomatik nümayəndəlikləri yayıb.
Məlumatlarda qeyd olunub ki, Yaxın Şərqdəki gərginlik səbəbindən təhlükəsizlik sahəsində vəziyyət mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya ehtimalı var.
Diplomatik missiyalar həmçinin bildirib ki, İranın dəstəklədiyi Yəmənin husi hərəkatı Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır, mülki hava limanlarına zərbələr endirir. Onların qiymətləndirməsinə görə, bu münaqişə sürətlə daha genişmiqyaslı münaqişəyə çevrilə bilər.
Yaxın Şərqdəki amerikalılar yüksək ayıqlıq nümayiş etdirməyə və aviareyslərin mümkün ləğvinə, hava məkanının bağlanmasına, eləcə də nəqliyyat əlaqəsində fasilələrə hazır olmağa çağırılıb.
Diplomatlar həmçinin xəbərdarlıq ediblər ki, Amerika diplomatik nümayəndəlikləri, o cümlədən Yaxın Şərqdən kənardakılar da hücum hədəfinə çevrilib. Qeyd edilib ki, İran və onun dəstəklədiyi qruplaşmalar ABŞ-nin xaricdəki digər obyektlərinə və ya bütün dünyada Birləşmiş Ştatlar və amerikalılarla bağlı olan obyektlərə zərbələr endirə bilər.
ABŞ səfirlikləri regiondakı gərgin vəziyyət fonunda uzun illərdir, bu kimi xəbərdarlıqlar yayımlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 20 Sentyabr 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















