Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bir sıra vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.
APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Müddəti bitən vergi güzəştlərinə səmərəlilik baxımından yenidən baxılır.
Bu baxımdan müvafiq qiymətləndirmələr əsasında müddəti bitən aşağıdakı vergi güzəştlərinin növbəti 3 il müddətinə uzadılması nəzərdə tutulur:
- Formula 1 və Formula 2 yarışları ilə əlaqədar güzəştlər:
- SVOP əməliyyatları üzrə ƏDV azadolması;
- Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, habelə heyvan və quş ətinin satışı üzrə ƏDV azadolması;
- Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolması;
- Kəpəyin istehsalı və satışı üzrə ƏDV azadolması;
- Yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azad olması;
- "Tibbi sığorta haqqında" qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üzrə ƏDV azadolması;
- Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində göstərilən tibbi xidmətlər üzrə ƏDV azadolması;
- Tibb sektorunda fəaliyyət göstərən şəxslər tərəfindən nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizinin vergi tutulan dövriyyədən çıxılması;
- Regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisinin 75 faiz azaldılması;
- Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolma (2 il müddətinə);
- Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq olunan ƏDV azadolması;
- Platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın idxalına tətbiq olunan aksiz azadolması.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 05 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















