Gözlərin həmdəm olur, gözündə min qəm olur... Anatollu Qəniyevin doğum günüdür
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan müğənnisi (bariton) Anatollu Qəniyevin doğum günüdür.
Oxu.Az xatırladır ki, Anatollu Qəniyev 1931-ci il fevralın 10-da Neftçala rayonu, Züd-Ost Qoltuq kəndində dünyaya gəlib.
Gözlərin həmdəm olur, gözündə min qəm olur... – Anatollu Qəniyevin doğum günüdür
Onun uşaqlıqdan musiqiyə həvəsi olub. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi Firudin Mehdiyev olub. Burada təhsilini başa vurduqdan sonra 1959-cu ildə Azərbaycan Dövlət Radio Televiziyasının solisti olub.
Peşəkar karyerasının növbəti mərhələsini Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrində keçirib. İfa etdiyi "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (Elmira Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi mahnılarla şöhrət qazanıb.
O, 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə çıxış edib.
Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələri və s. yerlərdə qastrol səfərlərində olub. Dillər əzbəri olmuş "Badamlı", "Nuş olsun", "Naz-naz" və s. mahnıları ifa edib. "Koroğlu", "Ulduzlar sönmür", "Möcüzələr adası", "Mehman", "Alma-almaya bənzər" kimi kinofilmlərdə mahnıları səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 10 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















