Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Gözümüzü necə qoruyaq? Həkim tövsiyəsi

Gözümüzü necə qoruyaq? Həkim tövsiyəsi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gözlərimiz həyatımızın ən qiymətli nemətlərindən biridir. Dünyanı rənglər, formalar və hərəkətlərlə tanımağa imkan verən bu möcüzəvi orqan gündəlik həyatımızın demək olar ki, bütün sahələrində - oxumaqdan tutmuş işləməyə, idman etməkdən sürücülüyə qədər - əvəzolunmaz rol oynayır.

Oxu.Az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun oftalmoloqu Günel Məmmədova görmə orqanının quruluşu, ən çox yayılmış göz xəstəlikləri, onların səbəbləri, müalicə üsulları və profilaktika qaydaları haqqında ətraflı məlumatlar açıqlayıb.

- Doktor, öncə görmə orqanı haqqında ümumi məlumatlar verməyinizi xahiş edirik.

- Görmə orqanı - periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması cüt orqan olub, kəllənin göz yuvalarında - orbitallarda düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var. Bunlar xarici və ya fibroz, orta, damarlı, daxili və ya tor qişalardır.

- Göz xəstəlikləri haqqında nə deyə bilərsiniz?

- Ən çox rast gəlinən sındırma qüsurlarıdır. Gözün optik mühitlərinin işığı düzgün sındırmaması nəticəsində görmənin zəif olmasıdır. Yaxından görmə (miopiya) - yəni uzağı zəifgörmədir. Uzaqdangörmə (hipermetropiya) - yaxını bulanıq görmədir. Astiqmatizm - hər məsafədə bulanıq görmədir. Presbiopiya - yaşla əlaqədar olaraq yaxın görmənin zəifləməsidir.

Gözün ön seqmentinin iltihabı xəstəlikləri, yəni konyunktivit ("gözün iltihabı" kimi tanınır), allergik, virus və ya bakterial mənşəli ola bilər. Keratit - buynuz qişa iltihabıdır. Katarakta - göz büllurunun bulanması, görmənin tədricən zəifləməsinə səbəb olur. Qlaukoma (göz təzyiqi) - görmə sinirinə ciddi zərər verən xəstəlikdir. Çox vaxt ağrısız, lakin daimi görmə itkisinə səbəb ola bilən, əsasən gizli gedişli xəstəlikdir. Retinopatiyalar - xüsusən şəkərli diabet və yüksək təzyiq fonunda tor qişanın zədələnməsidir. Makula degenerasiyası, əsasən yaşlılarda retinanın sarı nöqtə hissəsinin zədələnməsi və görmənin itirilməsidir. İltihabı və digər xəstəliklər- Uveit gözün orta təbəqəsinin iltihabıdır. Quru göz sindromu - göz yaşı ifrazının və ya keyfiyyətinin azalmasıdır. Uşaqlarda rast gəlinənlər çəpgözlük (strabizmus) - gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Tənbəl göz (ambliopiya) - bir gözün görmə qabiliyyətinin digərindən və ya hər iki gözün normadan daha aşağı olduğu vəziyyətdir.

- Göz quruluğu niyə yaranır və necə müalicə olunur?

- Göz quruluğu, göz yaşının kifayət qədər istehsal olunmaması və ya keyfiyyətinin pozulması nəticəsində səthin kifayət qədər nəmlənməməsi ilə yaranır. Bunun səbəbləri arasında ətraf mühit amilləri (kondisioner və qızdırıcıların istifadəsi, quru, küləkli hava), uzun müddət ekranlara baxmaq, bəzi dərmanların istifadəsi, yaşlanma və sistem xəstəliklər daxildir. Uzun müddət kompüter və ya mobil telefon kimi rəqəmsal ekranlara baxmaq gözlərin daha az qırpılmasına, nəticədə isə quruluğun yaranmasına səbəb ola bilər. Linzalardan düzgün istifadə edilməməsi gözyaşının sürətlə buxarlanmasına və gözlərin qurumasına gətirib çıxarır. Yaş artdıqca gözyaşı istehsalı azala bilər, bu da qadınlarda daha çox rast gəlinən bir vəziyyətdir.

Gözə lazım olan nəmliyi təmin etmək üçün süni gözyaşları və ya göz damlaları istifadə edilə bilər. Otaqda havanı nəmləndirmək, uzun müddət ekranlara baxdıqdan sonra fasilə vermək lazımdır. Göz qapaqlarının təmiz saxlanması və üzərinə ilıq kompres qoyulması simptomları yüngülləşdirə bilər. Göz quruluğunun səbəbi bəzi dərmanların istifadəsi olduqda, həkimlə məsləhətləşərək dərmanları dəyişdirmək və ya dozanı tənzimləmək mümkündür. Əgər göz quruluğu müalicə olunmursa və ya əlamətləri şiddətlənirsə, göz həkiminə müraciət etmək vacibdir. Həkim diaqnoz qoyaraq ən uyğun müalicə üsullarını təyin edəcək.

- Göz təzyiqinin müalicə taktikası necə aparılır?

- Bu metodlara qeyri dərman, dərman, lazer müalicəsi, cərrahi üsullar daxildir. Göz təzyiqinin müalicə taktikası əsasən gözdaxili təzyiqi azaldan damcılarla başlayır, lazım olduqda lazer və cərrahi müdaxilə ilə davam etdirilir. Erkən diaqnoz və müntəzəm nəzarət görmənin qorunmasında həlledici rol oynayır. Göz təzyiqi hər kəs üçün risk olsa da, 40 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Səssizcə görmə qabiliyyətinin azalmasına səbəb olan bu xəstəlik, vaxtında müalicə edilməlidir.

Yüksək stress göz təzyiqi xəstəliyi riskini artırır. Bu səbəbdən stress səviyyəsi də azaldılmalıdır.

Qeyd edim ki, kofein gözlərə qan axınını azaldır. Şəkər isə gözlərin vaxtından əvvəl qocalmasına səbəb olur. Bu səbəbdən qlaukoma xəstəliyi olan pasiyentlərin şəkərdən daha az istifadə etmələri tövsiyə olunur.

- Göz narahatçılığı ilə bağlı həkimə nə zaman müraciət etmək lazımdır?

- Periferik, yan görmənin tədricən və ya qəfil itkisi, işıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi, gözlərin qızarması, göz ağrısı və baş ağrıları, ürəkbulanma və ya qusma olarsa, həkimə müraciət edilməlidir. Onu da qeyd edim ki, xəstəliyin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur.

- Uşaqlarda göz müayinəsinin aparılması ilə bağlı hansı tövsiyələri verə bilərsiniz?

- Göz xəstəliklərindən xəbərsiz olduqları üçün valideynlər səhlənkarlıq nəticəsində, müalicə yetkin yaşlarında çətin olan problemlər yarada bilər. Bir çox ciddi göz xəstəlikləri erkən yaşda ortaya çıxır. Lakin, uğurlu nəticələr erkən diaqnoz və düzgün müalicə ilə əldə edilə bilər.

Heç bir şikayət olmasa belə 16 yaşa qədər uşaqların gözlərini qorumaq üçün əsasən həyatın ilk bir ilində, məktəbə başlamazdan əvvəl və məktəb dövründə mütəmadi göz müayinəsindən keçmək lazımdır.

Lakin aşağıdakı əlamətlər zamanı uşaq göz xəstəlikləri üzrə mütəxəssisə yəni pediatrik oftalmoloqa müraciət etmək üçün vaxt itirməmək lazımdır. Bunlara çəpgözlük, obyektləri izləyə bilməmək, gözdə qızartı və ya yaşarma olarsa, gözdə nistaqm yəni qeyri-iradi titrəməsi, bir gözü qıyma və ya bağlama, göz bəbəyinin ağ və ya bulanıq rəngdə olması, vaxtından əvvəl doğulma, irsi göz problemləri və tənbəlliyinin olması halları aiddir.

- Göz xəstəlikləri ilə bağlı tövsiyələriniz nələrdir?

- İlk növbədə sağlam qidalanma. A vitamini (yerkökü, balqabaq, ispanaq) - retina sağlamlığı üçün vacibdir. Omega-3 yağ turşuları (balıq, qoz, kətan toxumu) - quru göz riskini azaldır. C və E vitaminləri, sink, lutein və zeaksantin (yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı) - makula degenerasiyası və katarakt riskini azaldır.

Günəşdən qorunma da mühüm amildir. Günəşə çıxan zaman UV qoruyucu filterli eynəklərdən istifadə etmək və şlyapa taxmaq tövsiyədir.

Ekran qarşısında göz qorunmalıdır. Monitoru göz səviyyəsindən bir qədər aşağı yerləşdirmək lazımdır. Quru göz sindromunun qarşısını almaq üçün tez- tez göz qırpmağı unutmamaq və üç 20 qaydası, yəni hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut ( 6 metr məsafədə ) uzaqlığa baxmaq məsləhətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Fevral 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri