Grand Bellagio Championship beynəlxalq turniri keçiriləcək
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fevralın 14-də Gürcüstanın Batumi şəhərində "Grand Bellagio Championship" beynəlxalq turniri keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, turnir çərçivəsində müxtəlif çəki dərəcələrində 10 döyüş keçiriləcək.
Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq fevralın 13-də döyüşdən qabaq idmançılar arasında "face to face" mərasimi keçirilib.
Döyüş gecəsində Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev braziliyalı rəqibi ilə qarşılaşacaq.
Alim Nəbiyev bildirib ki, bu turnir onun üçün xüsusi əhəmiyyət daşıyır və o, azarkeşlərin etimadını doğrultmağa çalışacaq.
Bundan başqa, turnirdə Azərbaycandan Elvin Kamilli və Tural Əsgərov mübarizə aparacaqlar.
Turniri izləmək və idmançılarımıza dəstək üçün Azərbaycandan bir çox tanınmış idmançı, məşqçi, eləcə də Azərbaycanın Gürcüstandakı diplomatları və icma nümayəndələri də Batumiyə gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Fevral 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















