Icma.az
close
up
RU
EUROPEAN CUP və lNBA EURASIAN CHAMPIONSHIP beynəlxalq turniri keçirilib FOTO

EUROPEAN CUP və lNBA EURASIAN CHAMPIONSHIP beynəlxalq turniri keçirilib FOTO

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

24 may 2025-ci il tarixdə Milli Olimpiya Komitəsinin dəstəyi, INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və WBPF Azərbaycan birliyinin birgə təşkilatçılığı ilə uşaq fitnesi üzrə "EUROPEAN CUP" turniri və natural fizik idmanları üzrə  "lNBA EURASIAN CHAMPIONSHIP" beynəlxalq turnir keçirilib.

Sherg.az xəbər verir ki, turnirdə Azərbaycan atletləri ilə yanaşı Türkiyə, İran və Özbəkistandan olan atletlərdə iştirak ediblər.

Tədbirdən öncə Ümummilli lideri Heydər Əliyevin və Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. 



Sonra tədbir bədii hissə ilə davam edib. 

Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Elvin Abdullayev və İncəsənət Gimnaziyanın rəqs qrupları çıxış ediblər.


Sonra INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan, WBPF Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev çıxış edərək yarışın mahiyyəti haqqında məlumat verib və yarışı açıq elan edib. 


Uşaq fitnesi kateqoriyada 5-7 yaş qrupunda mübarizədə "Yaquar Fitness" klubunun yetirməsi Məryəm Səlimli 3-cü, "Pearl Fitness" klubunun atleti Məryəm Qarayeva 2-ci, "Yaquar Fitness" klubunun digər təmsilçisi Ayan Məmmədova 1-ci yerə layiq görülüb. 

8-10 yaş kateqoriyada "Dojo Sport Academy" təmsilçisi Nigar İsmayılova 3-cü, İncəsənət Gimnaziya təmsilçisi Pəri Qaranizadə 2-ci, Sumqayıt 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin atleti İnci Ömərli 1-ci olub. 

11-13 yaş qrupunda "Pearl Fitness" təmsilçisi Nur Sadıqova 3-cü, "Pearl Fitness" klubunun digər təmsilçisi Mələk Rüstəmli 2-ci, Sumqayıt 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin atleti 1-ci olub. 


Hakimlər kollegiyasının qərarı ilə "Yaquar Fitness" klubunun atleti Ayan Məmmədova və Sumqayıt 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin atleti İnci Ömərli oktyabr ayında Slovakiyanın Bratislava şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə qazanıblar. 


Uşaq fitnesi kateqoriyada oğlanların mübarizəsində Mingəçevir - Mübariz İdman Klubunun təmsilçisi Elgiz Salmanlı 1-ci, "Pride Fitness" təmsilçisi Məhəmməd Əmirxanov 2-ci olub. 

"Physically challenged" kateqoriyada "Paralimpiya İdman Klubunun" təmsilçisi Elsəvər Allahverdiyev 1-ci, "Paralimpiya İdman Klubunun" digər təmsilçisi Qurban Cəfərov 2-ci və Sabirabad "Wolf Fitness" atleti İsa Quliyev 3-cü olub. 


Xanımların mübarizəsində "Evening gown" kateqoriyada Fəridə Əliyeva, "Sport Model" və "Womans Fitness" kateqoriyada Dürdanə Əliyev 1-ci yerə layıq görülüblər. 


17 yaşa qədər "Mens physique" kateqoriyada Naxçıvan - "Turan Fitness" təmsilçisi Abbasqulu Qurbanov 1-ci, "Power Gym" təmsilçisi 2-ci, "Titan Gym" təmsilçisi Vahid Axuni 3-cü olub. 

23 yaşa qədər "Men's Physique" kateqoriyada Sumqayıt - "Patriot Gym" təmsilçisi Nihad Qaracayev 1-ci, "Hard Gym" təmsilçisi Sadiq Nuriyev 2-ci, "Roof-Fitness" təmsilçisi Rüfət Hacıyev 3-cü olub. 


Boyu 170 sm-ə qədər olan atletlərin mübarizəsində "Oksigen Fitness" təmsilçisi Rəşad Yaqubov 1-ci, "Roof Fitness" təmsilçisi Rəşad Yaqubov 2-ci, Sabirabad "Wolf Fitness" təmsilçisi 3-cü olub. 

Boyu 175 sm qədər olan atletlərin mübarizəsində Sumqayıt "Patriot Gym" təmsilçisi Nihad Qaracayev 1-ci, "Body Gym" təmsilçisi Sadiq Nuriyev 2-ci, "Roof-Fitness" təmsilçisi Elnur Qazıyev 3-cü olub. 

Boyu 175 sm-dən yuxari olan atletlərin mübarizəsində lNBA İran atleti Mirtohid Nazarihour 1-ci, "Hard Gym" təmsilçisi Sadiq Nuriyev 2-ci, Vahid Axuni isə 3-cü olub. 

Həmçinin Nihad Qaracayev "Men's Physique" kateqoriyasının mütləq qalibi seçilib. 

"Men's Athletic" kateqoriyada 23 yaşa qədər gənclərin mübarizəsində "School Fitness" təmsilçisi Musa Orucov 1-ci, "Roof-Fitness" təmsilçisi Rüfət Haciyev 2-ci, Mingəçevir - Mübariz İdman Klubunun atleti Novruz Osmanlı 3-cü olub. 

Eyni adlı kateqoriyada kişilərin mübarizəsində Siyəzən-"Pride Fitness" təmsilçisi Xudadar Həmidov 1-ci, "Leon Fitness" təmsilçi Sərvan Həsənov 2-ci, Zaqatala - "Roma Fitness" təmsilçisi 3-cü olub. 

Həmçinin Xudadar Həmidov "Men's Athletic" kateqoriyanın mütləq qalibi elan olunub. 

"Men's Sport Model" kateqoriyada 23 yaşa qədər gənclərin mübarizəsində "Hard Gym" təmsilçisi Sadiq Nuriyev 1-ci, Sumqayıt "Patriot Gym" təmsilçisi Nihad Qaracayev 2-ci, "Fitness Station" təmsilçisi Roman Ağazadə 3-cü olub. 


Kişilərin mübarizəsində Zaqatala "Roma Fitness" təmsilçisi Ramazan Soltanov 1-ci, Sumqayıt "Patriot Gym" təmsilçisi Nihad Qaracayev 2-ci, "Body Gym" təmsilçisi Elsəvər Əhmədov 3-cü olur. 

Kateqoriyanın mütləq qalibi adına "Hard Gym" təmsilçisi Sadiq Nuriyev layiq görülüb. 

23 yaşa qədər "Classic physique" kateqoriyada "Shcool Fitness" atleti Musa Orucov 1-ci, "Hard Gym" təmsilçisi Habil Quliyev 2-ci, "Titan Gym" təmsilçisi Vahid Axuni 3-cü olub. 


Kişilərin mübarizəsində Siyəzən - "Pride Fitness" təmsilçisi Xudadar Həmidov 1-ci, "Oksigen Gym" təmsilçisi Rəşad Yaqubov 2-ci, "Titan Gym" təmsilçisi Vahid Axuni 3-cü olub. 

Həmçinin "Classic Physique" kateqoriyada Musa Orucov mütləq qalib elan olunub. 

Fərqlənən atletlərə sertifikat, diplom, medal, kubok, mütləq çempionlara kəmər, "Roof-Fitness" mərkəzindən 1 illik abunəlik və pul mükafatları təqdim olunub. 

Yarışda 100-dən artıq atlet iştirak edib. 

Həmçinin 13-15 tarixdə İspaniyanın Salou şəhərində təşkil olunacaq Dünya çempionatında INBA Qlobal Azərbaycan birliyinin komandası 5 atletlə ölkəmizi təmsil edəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri