GUAM a üzv dövlətlərdə iqtisadi ticari əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 25 aprel, AZƏRTAC
GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.
Bu barədə AZƏRTAC-a GUAM-ın Katibliyindən məlumat verilib.
Qurumun İqtisadiyyat və Ticarət üzrə İşçi Qrupunun videokonfrans vasitəsilə 18-ci iclasında tərəflər üzv dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Saziş üçün malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokolun qüvvəyə minməsi nəzərə alınmaqla, GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyətini və GUAM azad ticarət zonasının fəaliyyətini müzakirə ediblər.
İclasda yekdilliklə vurğulanıb ki, GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı quruma üzv ölkələri arasında mal mübadiləsini, həmçinin beynəlxalq ticarət dövriyyəsini artıracaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















