Güclü baş ağrısından belə qurtulun Cəmi 1 FİNCAN kifayətdir
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uzun müddət kompüter ekranına baxmaq, stress, yuxusuzluq, kifayət qədər su içməmək və ya qeyri-müntəzəm qidalanma kimi gündəlik vərdişlər tez-tez təkrarlanan baş ağrılarına səbəb ola bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadla bildirir ki, son illərdə təbii dəstək üsulları ilə bağlı araşdırmalar bəzi bitki çaylarının baş ağrısının şiddətini azaltmağa kömək edə biləcəyini göstərir.
Zəncəfil
Tədqiqatçılar zəncəfilin tərkibində olan təbii birləşmələrin iltihab əleyhinə təsir göstərə biləcəyini bildirirlər. Bəzi araşdırmalar göstərir ki, xüsusilə miqrenin başlanğıc mərhələsində qəbul edilən zəncəfil narahatlıq hissini yüngülləşdirə bilər.
Mütəxəssislər təzə zəncəfilin daha güclü təsir göstərə biləcəyini qeyd edirlər. Nazik doğranmış təzə zəncəfili isti suda bir neçə dəqiqə dəmləyib üzərinə bir neçə damcı limon əlavə edərək içmək olar. Xüsusilə baş ağrısının ilk əlamətləri hiss olunanda içilən bir fincan isti zəncəfil çayı rahatladıcı təsiri ilə seçilir.
Nanə çayı
Mütəxəssislər nanənin tərkibindəki mentolun soyuducu və rahatladıcı təsir göstərdiyini bildirirlər. Xüsusilə burun tutulması və sinus təzyiqi ilə müşayiət olunan baş ağrılarında isti nanə çayının buxarı da faydalı ola bilər.
Su qəbulu
Mütəxəssislərin ən çox vurğuladığı məsələlərdən biri də susuzluqdur. Orqanizmdə yaranan yüngül maye itkisi belə baş ağrısını tətikləyə bilər. Gün ərzində müntəzəm su içmək təkcə baş ağrısını deyil, yorğunluq hissini də azalda bilər. (musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 May 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















