Icma.az
close
up
RU
Dərmansız baş ağrısından belə qurtulun

Dərmansız baş ağrısından belə qurtulun

Icma.az bildirir, News24 portalına istinadən.

Ani və güclü baş ağrıları zamanı mütləq həkimə müraciət etmək lazımdır. Lakin baş ağrısı zaman-zaman təkrarlanan, davamlı bir problemdirsə, dərhal ağrıkəsiciyə əl atmaq əvəzinə, əvvəlcə təbii üsulları sınamaq tövsiyə olunur.

News24.az xəbər verir ki, nevrologiya üzrə mütəxəssis Prof. Dr. Derya Uludüz baş ağrısını azalda biləcək bəzi qida və içkiləri sadalayaraq, düzgün bəslənmənin bu sahədə nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Su – Baş ağrısının ən sadə səbəblərindən biri orqanizmin susuz qalmasıdır. Dehidrasiya beyin toxumasının yığılmasına, qanın qalınlaşmasına və oksigen çatışmazlığına səbəb olur. Gündə ən az 8 stəkan su içmək həm beynin, həm də ümumi sağlamlığın qorunması üçün vacibdir. Başınız ağrıyanda ilk olaraq bir stəkan su içməklə bu səbəbi aradan qaldırmaq olar.

Badam və B2 vitamini – Xroniki və miqren tipli baş ağrılarında B2 vitamini (riboflavin) müsbət təsir göstərə bilər. Səhər yeməyində bir qaynadılmış yumurta, bir ovuc çiy badam və ya bir kasa qatıq qəbul etməklə bu vitamini təbii şəkildə təmin etmək mümkündür. İspanaq, brokoli və tam taxıllar da faydalıdır.

Qəhvə – Az miqdarda kofein damarları daraldaraq bəzi baş ağrılarını azalda bilər. Bu səbəbdən bəzi ağrıkəsicilərin tərkibində kofein olur. Lakin gündə 1-2 fincandan artıq qəhvə qəbul etmək əks təsir göstərə bilər. Həddindən artıq kofein damar genişlənməsi və asılılıq səbəbilə ağrını artırır.

Cökə və çobanyastığı çayı – Bu bitki çayları əzələləri rahatlaşdırır, stressi azaldır və sinir sistemini sakitləşdirir. Gərginlik tipli baş ağrılarında xüsusilə faydalıdır. Axşam yeməyindən sonra içilən bir fincan bu çay yuxuya getməyə də kömək edir.

Mineral su və maqnezium – Maqnezium sinir sisteminin sağlam işləməsi üçün vacibdir. Onun çatışmazlığı baş ağrılarına səbəb ola bilər. Balqabaq tumu, ispanaq və digər maqneziumla zəngin qidalar bu problemi aradan qaldıra bilər. Tez-tez miqren yaşayanlar üçün az natriumlu, yüksək maqneziumlu mineral su içmək faydalıdır.

Yağlı balıq və Omeqa-3 – Somon, sardina, ton balığı, skumbriya kimi balıqlar, eləcə də qoz Omeqa-3 ilə zəngindir. Bu maddə beyin damarlarındakı iltihabı azaldır, serotonin səviyyəsini tənzimləyir və baş ağrılarını yüngülləşdirə bilər.

Zəncəfil – Təbii ağrıkəsici kimi tanınan zəncəfil, xüsusilə ürəkbulanma ilə müşayiət olunan miqrenlərdə təsirlidir. Təzə zəncəfil çayı və ya qatığa əlavə edilən sürtgəcdən keçirilmiş zəncəfil təbii rahatlıq yaradır.

Unutmayın, davamlı və dözülməz baş ağrılarının səbəbini mütləq həkim müəyyən etməlidir. Ancaq bəzən mətbəxdəki təbii seçimlər dərman qədər təsirli ola bilər./E-saglam.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri