Icma.az
close
up
RU
Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI

Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinli alimlər gündə üç fincan qəhvənin ikinci tip şəkərli diabet və insultun qarşısının alınmasında mühüm rol oynadığını müəyyən ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı pediatr Viktoriya Şurupova danışıb.

Onun sözlərinə görə, tədqiqat müntəzəm olaraq qəhvə içən 360 mindən çox iştirakçını əhatə edib.

"Onların qidalanma vərdişləri və tibbi müayinələrinə əsaslanaraq, alimlər gündəlik 200-300 mq kofein (təxminən üç standart fincan qəhvə) qəbulunun şəkərli diabet və insult riskinin azalması ilə birbaşa əlaqəli olduğunu aşkar ediblər. Bu kəşf qeyd olunan xəstəliklərin qlobal artımı şəraitində müasir təbabətin sadə, əlçatan profilaktika metodlarının axtarışı kontekstində xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, qəhvə xlorogen turşusu da daxil olmaqla antioksidantlarla zəngindir ki, bu da iltihabı azalda və damar funksiyasını yaxşılaşdıra bilər.

"Bu antioksidantlar bədəndəki sərbəst radikalları neytrallaşdırmağa kömək edir, nəticədə oksidləşdirici stres aradan qaldırılır və daha sağlam qan dövranına səbəb olur.

Kofein, həmçinin insulin həssaslığını artıraraq və yeməkdən sonra qanda şəkər səviyyəsini azaldaraq qlükoza metabolizminin yaxşılaşmasına kömək edir. Bu, xüsusilə ikinci tip diabetin qarşısının alınması və ya idarə edilməsi üçün faydalı ola bilər", - deyə o vurğulayıb.

Həkim bununla belə, qəhvə qəbulunun mötədil miqdarda qəbulu barədə xəbərdarlıq edib.

"Həddindən artıq kofein qəbulu yuxusuzluq, artan narahatlıq və mümkün ürək ritmi pozğunluqları kimi yan təsirlərə səbəb ola bilər. Həmçinin müxtəlif insanlar arasında əhəmiyyətli dərəcədə dəyişə bilən kofeinə fərdi dözümlülüyü nəzərə almaq lazımdır. Hazırda tədqiqatlar mötədil qəhvə qəbulunun müsbət aspektlərini təsdiqləyir. Eyni zamanda, bu içkiyə ağılla yanaşmaq və fərdi sağlamlıq xüsusiyyətlərini nəzərə almaq vacibdir. Müntəzəm qəhvə qəbulu zamanı səhhətiniz pisləşərsə, xüsusilə xroniki xəstəliyiniz varsa və ya dərman qəbul edirsinizsə, həkimlə məsləhətləşmək tövsiyə olunur", - deyə həkim sözlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Dekabr 2024 05:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri